Joseph Weil – fırıldaqçıların “Robin Qud”-u

Bu məqalənin qəhrəmanı olan Joseph Weil bütün 100 illik boyu bir çox amerikalı yazıçı, ssenarist və fırıldaqçıların ilham mənbəyi olmuşdur. Ötən əsrin 20-ci illərində Çikaqo küçələrində baş verən bütün hadisələr qanun çərçivəsinə salınırdı. Adi qətllər və qarət halalrı şəhərin cinayət həyatının kiçik bir hissəsini təşkil edirdi. Spirtli içkilər ilə qanunsuz ticarət, qanunsuz qumar evləri və bordellər, həmçinin fırıldaqçılıq öz hökmranlıq dövrünü sürürdü. O dövrün fırıldaqçılıq üzrə kralı isə “Sarı oğlan” ləqəbli Joseph Weil idi.

O şəhərin küçələrində inanılmaz dərəcədə bahalı avtomobillərdə gəzir, qalstukunda brilyant olan dəbdəbəli kostyum geyinirdi. O bir fırıldaqçılıq əməlindən 10 mindən 500 min dollara qədər gəlir əldə edə bilirdi. Bununla yanaşı, o heç vaxt yoxsul insanları aldatmırdı və buna görə də fırıldaqçıların Robin Qud-u adlandırılırdı.
Davamı →

Butch Cassidy – əfsanəvi bank qarətçisi

Butch Cassidy məşhur amerikalı bank, qatar qarətçisi və “Vəhşi dəstə” adlı quldur dəstəsinin lideri idi.
Butch 13 aprel 1866-cı ildə Yuta ştatında Robert Leroy Parker adı ilə dünyaya gəlir. O İngiltərə əsilli ailənin 13 övladının ilki idi. Butch uşaqlıq illərini valideynlərinin Ohayo ştatında yerləşən imarətində keçirmişdi. Öz karyerasını kriminal aləmdə başlamadan öncə butch-cassidy-1900maldarlıq ilə məşğul olurdu.

Onun yazılı sənədlərin də sübut etdiyi ilk cinayəti 1889-cu ildə Kolorado ştatında Tellurayd şəhərində yerləşən “San Miguel Valley Bank”-a edilən hücum olur. Bu zaman o 20 000 dollar apara bilmişdi. 1884-1886-cı illərdə at oğurluğu səbəbindən iki ilini həbsdə keçirməyə məcbur olur. Azadlığa çıxan Butch “Vəhşi dəstə” adlı quldur dəstəsini yaradır. Bu quldur dəstəsinin ən məşhur üzvü Harri Longbau idi.
Davamı →

Maliyyə fırıldaqçılığında sərhəd tanımayan milyonçu

Maliyyə fırıldaqçıları içərisində Barri Minkovun bioqrafiyası xüsusi olaraq seçilir. Barri 16 yaşı olduqda ABŞ-ın ən gənc milyonçusuna çevrilir. 1987-ci ildə, onun 20 yaşı tamam olduqda sahib olduğu ZZZZ Best şirkətinin kapitalizasiyası 280 milyon dollar təşkil edirdi. Sahibkar öz uğurları haqqında mühazirələr demiş və kitablar yazmışdı.

1988-ci ildə jurnalistlər belə aşkar edirlər ki, Minkovun şirkəti faktiki olaraq mövcud deyil və o IPO həyata keçirmək üçün bir neçə min sənədi saxtalaşdırıb.

İlk baxışdan Barri Minkovun milyonçu olacağını təxmin etmək çətin idi. 1967-ci ildə Rezeda adlı kiçik Amerika şəhərində dünayaya gələn Minkov elə burada məktəbə gedir.
Davamı →

Fırıldaqçılar: Bazarda

8 mart tarixində  Novruz bayramı ilə əlaqədər olaraq, 8-ci km bazarın yaxınlığında yerləşən Göy bazara bazarlığa getdim. Bayram ilə əlaqədər gəlib öz mallarını Bazarda satıb evlərinə pul aparan çoxlu satıcılarla rastlaşdım Çərəz satılan yerdə bazarlıq eləmək qərarına gəldim. 
Satıcıya mənə lazım olan malların siyahısı üzrə 1kq çəkisində  çərəzlərin  almaq istədiyimi dedim.  Satıcı tərəzinin qabağında qalaraq çərəzləri çəkirdi.Məndə bu şəxsə etibar edib daha özum çəkiyə baxmırdım. Onun neçə kq çəkdiyini görmurdum . 
Mənə lazım olan bəzi malları aldım. Sonra mənim hesabımın 52 AZN elədiyi dedi məndə ona pulu verəndə o əlimdəki 100 manat birdə 20 manat  əskinzalarını aldı dedi mənə lazımn olur belə pullar. Əvəzində mənə 5 manatlıq və 1 manatlıq dəyərində olan əskinazları verdi .120 manat çivarında. Mən saydım 1 manat əskik çıxdı. Sonra pulları təzədən aldı məndən gördu. 
 

1 manat həqiqətən əskikdir. Yanındakı da təsdiq olaraq ona dedi 1 manat sən pul verməlisən dedi. o da pulullarımı qaytardı. Məndə bildimki yəgin duz sayıb verib. 
İkinci dəfə daha özum saymadım. Getdim onun yaxınlığındakı dükana orda satıcı dedi: bunu hardan almısan dedim burda yaxınlığıda,  dedi: çək gör 1 kq-dir onun tərəzisində çəkdirmdim mənə 1 kq adda verdiyi bütün mallar  heç 500 q danda çəkidə az gəldi. Dedi: pulunuzu xırdalamadı dedim xırdaladı dedi pullarınız sayın gördum 45 manat əskik çıxdı. Ve getdim malları aldğım satıcının yanına (çox əsəbi halda)  mənənə 45 manat pul əskikliyini və çəkidə aldatğını dedim. Əsəbi danışıqdan sora mənim pullarımı qaytardı aldığım mallarıda qaytardım onun da pullarını aldım.Heçə 5 dəqiqə keçmədi o şəxs gəlidi bizi xəbərdar edən yəni sizə atdığlarını deyən şəxsi biabr etdi niyə sən mənim malımı çəkmisə və lazımsız söhbətlər etdi. 
Bayramla əlaqdarə Bazarda maşenniklərin sayı çoxalıb. Bazara girən də satıcı sizdən pulunuzu xırdalanmasını istəsə ehtiyatlı olsun. Və çəkdikləri malların çəkisinə fikir verin. Hər çür fıraldaqlara gedirlər. Çəkidə aldatmaq və malları baha satmaq, Əhaliyə atmaq, kələk gəlmək, aldatma və s. yollara əl atırlar son dərəcə cibinizdən və özunuzdən ehtiyatlı olun. Mənim kimi yarı yoldan qayıtmayada bilərsiz. Yoxsa onların qurduğu tələnin qurbanı ola bilərlər.

 
Müəllif: Kulturoloq (görduyum real olan hadisələr əsasında)
Davamı →

Loxotron

“Zəng elə, zəng elə, zəng elə; nə gözləyirsən, elə bu dəqiqə zəng elə və milyonlara sahib ol?! Bu sənin şansındır. Gözləyirəm, sizin zənginizi gözləyirəm – bu dörd hərfli sözü tapmaq heç də çətin deyil… Çox, çox, çox asan bir sual verilir və cavabı da çox rahatlıqla tapa bilərsən, indi, bu dəqiqə al telefonu əlinə, bizimlə əlaqə saxla, şansını əldən qaçırma. Unutma ki, sən… məbləğdə pul qazana bilərsən.”

Bla-bla-bla, dır-dır-dır. 
Bir gün TV-də kanalları fırladanda belə verlişlərdən birinə rast gəldim. Və pult əlimdə, ilişdim qaldım. Dedim ki, görüm bu nə qədər danışacaq? Sizi inandırım ki, heç 3-4 dəqiqə olmazdı bəlkə də, o danışan aparıcının əvəzinə mənim boğazım qurudu. Dayanmadan, fasiləsiz olaraq eyni sözləri təkrar edir. Özü də verlişin bir mənası ola. Yayım şirkətlərinin  belə bir işə imza atmasının nə mənası var axı? Həə, ucunda pul var…


Ardı →