Fəlsəfə nədir?

Əslində, Fəlsəfə nəyi öyrənir? sualına digər elmlərdə olduğu qədər dəqiqliklə cavab vermək çətindir, çünki fəlsəfənin öyrəndiyi konkret bir sahə yoxdur. Bununla belə, yazıda biz həmin suala cavab verməyə cəhd edəcəyik. İlk olaraq fəlsəfə sözünün etimologiyasının onun nəyi öyrənməsi haqqında nə dərəcədə düzgün təsəvvür yarada bilib-bilməməsinə toxunacağıq. Sonra fəlsəfənin öyrəndiyi əsas mövzular haqqında məlumat verəcəyik. Sonda isə fəlsəfənin hansı sahələri öyrənməsi məsələsinin tarixi aspektinə – yəni bəzi sualların fəlsəfədən elmin sahəsinə keçməsinə və bununla belə bir sıra sualların fəlsəfədə qalmaqda davam etməsinə – qısa nəzər salacağıq.

İlk baxışdan düşünülə bilər ki,


Davamı →

Fəlsəfəni necə öldürməli?

  • Esse
Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir.

Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar…

Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik.

Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”.
Davamı →

Özün olmaq cəsarəti: Şübhə və inancdan güvənə doğru

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.
İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanların özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür. İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir.
Davamı →