KEÇMİŞDƏ QALMAQ


                     

Feysbukda bizim başqalarından olan gözləntilərimizin çox vaxt cavabsız qalmasının əsas səbəblərindən biri budur:
Real həyatda kimləsə görüşdükdən ya da ünsiyyətdə olduqdan sonra bizdə o adamla bağlı çox vaxt yalnız 1 təəssürat qalır, onun varlığını, kimliyini, həyatını yalnız 1 formada qavrayırıq: «bu adam=mənim dostum», ya da: «bu adam=məni çox istəyən varlıq». Beləliklə biz o adamı, sırf öz kontekstimizdən, yalnız öz mənafeyimizdən görürük. Yəni daha düşünmürük ki o da elə bizim kimi insandır, işi var-gücü var, ailəsi, yaxınları, tanışları var, karyerası, həyata dair planları var. Biz düşünürük ki onun ailəsi də elə bizik, yaxın tanışı da bizik, işi-gücü də bizlə ünsiyyətdə olmaqdan başqa bir şey deyil, həyata dair planları da yalnız bizlə bağlıdır, bir sözlə o yalnız bizim üçün yaşayır!...
Və biz onu, bizimlə olduqdan sonra, başqa vaxtı görmədiyimiz üçün, başqa bir işlə məşğul olarkən görmədiyimiz üçün, başqa bir kəslə danışarkən, başqa bir şey düşünərkən görmədiyimiz üçün, bu illuziyamız, bu fantaziyamız hələ olduğu kimi qalır və «bu adam yalnız mənimçün yaşayır» təəssüratımız davam edir.
Amma elə ki onu feysdə görürük və görürük ki o təkcə bizlə deyil başqa kəslərlə də danışır, dostluğunda yüzlərlə, minlərlə insan var, öz fikirləri, öz planları var, öz yolu, öz mənafeyi var-bax bu an bizim zehnimiz şok verir və biz stressə giririk....
O vaxta qədər yalnız öz dostumuz, yalnız öz tanışımız kimi, hətta özümüzdən asılı bir adam kimi qavradığımız bir insanın bizdən heç də asılı olmadığını, bizsiz də yaşadığını, bizsiz də xoşbəxt olduğunu gördükdə bütün bu illuziyamız dağılır!...
Xüsusən də keçmiş tələbə, sinif və iş yoldaşlarını biz yenidən gördükdə bax belə şoka düşə bilirik. Çünki biz onları, indi olduqları kimi deyil, məhz keçmişdə olduqları kimi görməyə çalışırıq. Tutaq ki bu kəs, bizim keçmiş tələbə yoldaşımızdırsa, 19, 20, 21 yaşlarında təbii olaraq o kəs təcrübəsiz və tam qəlibə oturmamış biri ola bilər, və onun təcrübəsiz olması, bizdən müəyyən asılılığının ya da bizimlə ünsiyyətinin çox olmasına səbəb olmuş ola bilər. Amma o, indi artıq təcrübəlidirsə, özünə həyat yolu seçibsə, yetişibsə və bizimlə artıq eyni tip insan deyilsə, tamam başqa xüsusiyyətlərə sahibdirsə, bizim bu reallığı qəbul etməkdən başqa yolumuz yoxdur! Bir kəs bizimlə tələb yoldaşı olubsa bu, sonsuza qədər belə olacaq anlamını daşımır, ya da kimsə bizlə sinif yoldaşı olubsa bu hər zaman uşaq olacağımız anlamını daşımır. Həyat davam edir, hər şey yenilər, arkadaşlar!
Gəlin insanları, zehnimizdəki qəliblərə uyğunlaşdırmaq yerinə, zehnimizi onlara uyğunlaşdıraq ki şoklarla qarşılaşıb stressə girməyək və reallıqdan uzaqlaşmayaq! Çalışaq ki keçmiş və ya elə indiki tanışlarımızın, bizdən başqa da həyatlarının olduğunu və bizsiz də xoşbəxt ola biləcəklərini qəbul edək! Necə ki biz də onlarsız xoşbəxt ola bilirik!...
Psixoloq Yunis Dürüst

LİKE psixologiyası

“Like”ın 8 səbəbi
               
Çağımızın mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir.
Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un“like” funksiyası/elementi ilə bağlıdır.
Davamı →

Sosial Mediya Liderləri

Sosial mediyada rəqabət gün keçdikcə daha da artır. Sosial mediya lideri Facebook 1 milyard 155 milyon aylıq aktiv istifadəçi sayı ilə ən yaxın rəqibi YouTube'u açıq şəkildə geridə qoyur. Twitter isə olduqca geridə olmasına baxmayaraq siyasətçilərin daha çox üstünlük verdiyi mediya vasitəsidir. Beləliklə aylıq istifadəçi sayına görə öndə olan və milyonlarla istifadəçini birləşdirən dünyanın ən böyük sosial şəbəkələrini sizə təqdim edirik...


Ardı →

WhatsApp-da sizi gizli izləyən nömrələrin təyini

Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaqVideoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.
Ardı →

Facebook vs Twitter

fb, yoxsa twitterDünyada tüğyan edən sosial şəbəkələr arasında ölkəmizdə ən populyarlarının Facebook və Twitter olduğu danılmazdır. Facebook artıq kifayət qədər məhşurlaşsa da Twitter yeni dəbə gəlməyə başlayır.

Əksər insanlar isə Twitter və Facebookun təmamilə eyni, sadəcə dizayn və ad fərqliliyi olduğunu düşünür. Bəs görəsən Twitter və Facebookun nə kimi fərqi var? 

— Fikirlərinizi ifadə edə bilmək üçün Facebookda 420 olduğu halda Twitterdə 140 simvolluq imkanınız var.

— Facebookda tanınmayan bir qadının dostları o, gözəl xanım olduğu üçün çox ola bilər amma Twitter nə gözəllik, nə də yaraşıqlılıq təsir etmir.

— Facebookda fikirlərinizi “qeyd” vasitəsilə uzun-uzadı yaza bilərsiniz amma Twitterdə tam lakonik və intellektual olmalısınız.
Ardı →

Mətbuatın Oğurladığı Kimlik

Facebook hesabından götürülən şəkil onun qaçqın həyat tərzi sürməsinə səbəb oldu. Şəklinin qara əklil üzərinə yapışdırılaraq matəminin keçirilməsi bütün aparıcı dünya telekanallarının baş xəbəri olan müddət o sadəcə olaraq bunları teleekrandan izləyərək, ağlını itirməməyə çalışırdı. Hər şey isə mətbuat nümayəndələrinin diqqətsizliyi nəticəsində baş verdi.

Neda


Ardı →

Bizim Facebook...

Deməli belə, ilk öncə onu qeyd edimki, özüm çox aktivFacebook istifadəçisiyəm. Lakin, ətrafımdaki, facebook istifadəçilərinə qarşı bir çox iradlarım olduğundan bunu yazmaq qərarına gəldim.


Niyə ? Çünki, Azərbaycanda hal-hazırda facebook çox sürətlə yayılmağa başlayır. Əlbətdə, insanlar sosial şəbəkələrdə aktiv olması təqdiredici haldır. Lakin, hər bir şeydə olduğu kimi burdada məqsəd önəmlidir.
Facebook Azərbaycanda daha çox hansı məqsədlə istifadə olunur ?
Bir saat ərzində facebook Azərbaycan səhifələrinə nəzər yetirsək, düzdür, eyni şeylər xaricdədə var, lakin hər şeyin ifrat dərəcəsinə varmamaq lazımdır. Eyniadlı səhifələr, Like yığmaq uğrunda mübarizə  və s və ilaxır. 


Ardı →

Feysbukda səhifə admin olmaq...

Şəxsi bloqumda 1 ildən artıq feysbuk səhifə idarəçiliyindən çıxardığım bəzi nəticlərə əsasən bir yazı yazmaq qərara aldım.İstəyənlə buyurub oxuya bilər ;)

Bəziləri elə bilirlərki,feysbukda səhifə admini olmaq kimi asan bir şey yoxdur.

Düşünürlər ki,admin olduqda onun-bunun xahişiylə istədiyin paylaşımı edə bilərsən,səhifədə kimi gəldi ban edə bilərsən,ürəyin istədiyin şərhi silə bilər və özünə xoş gələn kimi davrana bilərsən.


Ardı →

html şəkil kodlaşdırma (Facebook Səhifələrdə istifadə oluna bilər)

Əvvəlki yazılarımı oxumusuzsa və tətbiq etmisizsə, davam edə bilərik. Sual oluna bilər ki, hazır tətbiqetmələr (application) varkən, nəyimə lazımdı bu qatmaqarışıq kodlar/teqlər? Nəzərə alın ki, o tətbiqetmələr öz reklamlarını yerləşdirir, gec yüklənir və imkanlar məhduddur. Amma html kodlaşdırma ilə istədiyiniz şeyi istədiyiniz kimi edə bilərsiz, həm də istifadəsi rahat olar. 


Beləliklə səhifəniz üçün mətn yazmağı öyrəndikdən sonra maraqlı şəkil və ya animasiya qoymaq maraqlı olar yəqin ki.


Ardı →