Gicitikanın faydası və çayı

Gicitikanın faydası
  • Toksinləri bir saat içində bədəndən atır. Eyni zamanda bağırsaq florasını nizamlayaraq həzmi asanlaşdırır.
  • Böyrəklərdə daş və qum yaranmasının qarşısını alır. Olduqca təsirli otdur. Eyni zamanda idrar yolu infeksiyalarını təmizləyir.
  • Tərkibindəki C vitamini və

Davamı →

Adaçayının faydaları

Adaçayı çoxillik, Aralıq dənizi ətrafında yetişən bir ağacın, bitkinin yarpaqlarından əldə edilir. Min illər boyunca dərman istehsalında istifadə edildiyi məlum olan adaçayı keçmişdə ilan sancmalarının müalicəsində, nəzərə qarşı qoruma kimi istifadə edilmişdir. Bəs adaçayı nə işə yarayır, faydaları nələrdir?


Davamı →

Yovşan nədir?Yovşanın faydaları, istifadəsi və tarixi | Yovşan haqqında

Yovşan xoş qoxulu çoxillik yarımkol bitkisidir. O,  çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında “acı yovşan” adı ilə də tanınır.

Vətəni Avropa olsa da, Asiya, Afrika və Cənubi Amerika da daxil olmaqla müxtəlif iqlimlərdə asanlıqla böyüyür. Susuzluğa davamlı olan bu çöl bitkisinin  ölkəmizdə 42 növü yayılıb.
Əsasən çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda bitir.

Məxmər kimi ağ və ya yaşılımtıl-gümüş gövdələri, sarı-yaşıl yarpaqları və parlaq və ya solğun sarı rəngli soğanlı çiçəkləri var. Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir.  Maraqlıdır ki, süfrələrimizin bəzəyi olan tərxun da yovşanın bir növüdür.


Davamı →

Ürək tutması və infarktdan qoruyan qulançar bitkisi

Dünyada delikates tərəvəz sayılan qulançar ürək-damar sistemi üçün ideal məhsul sayılır, onun tez-tez istehlakı ürəyi ölümcül pozulmalar və o cümlədən infarktdan qoruyur.
Alimlər qulançarın ürəyə olan inanılmaz faydasını tərəvəzin tərkibində olan fol turşusu ilə izah edirlər. Qulançar fol turşusuna görə digər tərəvəzlər arasında çempiondur.

Davamı →

Exinasiyanın sağlamlığa 8 təsiri

Onu immunitetin açarı adlandırırlar. Xüsusi olaraq BAD, dərman, damcı və çayları var. Orqanizmin müdafiə qabiliyyətini artıran sirli Exinasiya insana elə bir güc verir ki, bütün xəstəliklərə sinə gərə bilir.

Bu bitkinin köklərini amerikan hinduları ilan zəhəri və qanın zəhərlənməsinə qarşı ən güclü dərman hesab edirdilər. Avropada ona «Amerikanın qızıl çiçəyi” adını veriblər.

Qeyd edək ki, exinasiya ekstraktı hazırda 240 adda dərmanın tərkibində, həmçinin QİÇS dərmanlarının və immunitet preparatlarının tərkibində yer alıb.
Davamı →

Quşüzümünün orqanizmə 10 faydası

  • Flora
1. Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz — tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.

2. Ürək-damar xəstəliklərində — triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.

3. Şəkərli diabet — qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır.
Davamı →

Braziliya qozu

  • Flora
Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. Braziliya qozu adı ilə aldığımız həmin qabığın içərisindəki ləpələrdir.

İlk dəfə braziliya qozunu XVI əsrdə ispan və portuqal araşdırmaçıları tapmışdır. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda( Daniel Defonun əfsanəvi Robinzon Kruzosunun yaşadığı ada) yabanı halda bitir. Braziliya qozunun xüsusi olaraq yetişdirilməsi ilə məşğul olan ölkə və ya plantasiyalar yoxdur. Ağacın ilk barı əkildikdən 12 il sonra yetişir. Bir il ərzində 1 ağacdan 200 kq-a yaxın məhsul toplamaq olur. Braziliya qozunun meyvələri sərt qabığın içərisində toplanır.
Davamı →

Əvəlik

  • Flora
Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir.

A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.

Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.
Davamı →

Xanımotu

Adi xanımotu mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır.

Bu bitki əsrlərlə revmatizm xəstəliklərindən, soyuqdəyməyə bir çox xəstəliyin müalicəsində xalq tərəfindən geniş istifadə edilir.

Sədəf xəstəliyi və sızanaq müalicəsinə yaxşı təsir edir
Adi xanımotunda estrogen hormonu olan lignanlar, hidrogen-sulfid tərkibli birləşmələr və polifenollər var. Ondan hazırlanan məhləm sədəf, sızanaq və digər dəri xəstəliklərinə də böyük təsir göstərir.
Davamı →