Bu Həftənin Filmləri! (Fevral 22-28)
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Təbəssüm və bəlkə göz yaşı da doğuran bir film
«Körpə» (1921) dahi kinomatoqraf Çarli Çaplinin rejissyor kimi ilk uzunmetrajlı filmidir. Filmin qəhrəmanı Çaplinin məşhur “Avara” personajıdır. «Körpə» əsasən Avara və onun qəyyumluq etdiyi 5 yaşlı Conun (Körpə) həyatından bəhs edir.
Əsasən komediya janrına aid edilən “Körpə” primitiv, lakin səmimi və öz dövrü üçün olduqca yaradıcı olan komik səhnələrlə zəngindir. Dövrünün bütün filmləri kimi səssiz olmasına baxmayaraq, rahatlıqla anlaşılan süjet və maraqlı aktyor ifası sayəsində Körpə kino klassikası hesab edilir.
1995-ci il, ABŞ. Keçmiş qüdrətini itirmiş Detroit. 8-ci Mil adlanan yol şəhəri iki hissəyə bölür. Bir tərəfdə ağların yaşadığı treylerlər (səyyar, daşınan evlər), digər tərəfdə isə qaraların yaşadığı layihə evləri (minimal şəraitli mənzillər). Onları birləşdirən yalnız bir faktor var, rəngləri seçməyən kasıbçılıq.
Əksəriyyətin bu ağ-qara izolyasiya ilə barışdığı vaxt bir nəfər 8-ci Milin əks tərəfinə keçmək istəyir. Lakin hamı onu gülər üzlə qarşılamağa hazır deyil. Burada ağlar azlıq təşkil edir və dilənçilik səviyyəsində yaşayır. Treylerlərdə yaşayan kasıblara qarşı işlənilən xüsusi təhqiramiz ifadə də var: “white trash” – ağ zibil."İndi iş tapmaq əvvəlki qədər asan deyil. İşəgötürənlər olduqca tələbkar olub, gələcəkdə iş tapmaq övladımız üçün çox çətin olacaq, o gərək indidən bu barədə düşünsün".
Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana idarə etməkdir. Nadir hallarda onun iş öhdəliklərinə əlavə maddələr əlavə olunur, lakin gəmini silahlı dəniz quldurlarından özbaşına müdafiə etmək onların arasında deyil.
"Əgər siz burada romantika, reallıqdan uzaqlaşma və ya fantastika axtararaq gününüzü yola vermək istəyən bir adamsınızsa… siz baxmağa səhv film seçmisiniz."
Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". O isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»