Buddanın həyatı
Buddanın əsl adı Siddhardhadır
. Şakya tayfasının başçılarından biri olan Şuddxodananın oğlu Budda bu tayfanın yaşadığı ərazinin paytaxtı Kapilavastada anadan olmuşdur. Siddhartha doğulandan bir həftə sonra anası Mayya dünyasını dəyişmişdir. Onun tərbiyəsi ilə, sonralar Şuddxodananın arvadı olan xalası Maxapracapati məşğul olmuşdur. Kşatrilər nəsli (tayfası) nədənsə brəhmənlərin bir qolu ilə adlandırıldıqlarına görə Şakyalar eyni zamanda Qautama
(Gautama, Gotama) adını daşıyırdılar və çox güman ki, Buddanın adının qarşısında olan bu ad da elə bununla əlaqədardır. Buddanın uşaqlığı əmin-amanlıq içərisində keçib. Yəqin ki, onun atası çox zəngin adam olmuşdur. Oğlunu ərköyün böyüdən ata ona öz sinfi üçün vacib hesab edilən hərbi təlim keçməmişdir. Siddhartha çox erkən yaşlarında öz seçdiyi qızla evlənmişdir. Onun arvadının adı qədim mətnlərdə göstərilməsə də, sonrakı dövrlərdə yaranan pali yazılarında Bxaddaqaçça, şimal mənbələrində isə Yaşoda və Qopa
(Yaşoda, Gopa) kimi verilmişdir. Bu izdivacdan Siddharthanın çox sevdiyi Raxula adlı oğlu olmuşdur. Ancaq nə var-dövlət, nə də xoşbəxt ailə həyatı Buddanı təmin o,ni dərk etməyə çalışmışdır. İnsanın xəstələnməsi, qocalması və ölmə məhkum olması fikri onu narahat edir. О, bu bəlalardan xilas yolunu axtarmaq qərarına gəlir. Bunun üçün isə gərək dünya nemətlərindən imtina edəsən və zahid həyatı keçirəsən.
Ardı →