Şrödingerin pişiyi

1935-ci ildə nüfuzlu fizik, Nobel mükafatı laureatı və kvant mexanikasının banisi Ervin Şrödinger məşhur paradoksunu hazırlayır.

Alim irəli sürür ki, əgər hər hansı bir pişiyi götürüb, içərisini müşahidə edə bilmədiyimiz və içərisində “cəhənnəm maşını” quraşdırılmış poladdan qutuya yerləşdirsək, bir saat sonra pişik eyni anda həm ölü, həm də diri vəziyyətdə olacaq. Qutu içərisindəki mexanizm belədir: Geyger sayğacı içərisində mikroskopik miqdarda radioaktiv maddə yerləşir, hansı ki bir saata yalnız bir atoma parçalanır – eyni ehtimalla parçalanmaya da bilər.
Davamı →

Nils Bordan mükəmməl cavab

Bir dəfə Kral akademiyasının prezidenti olan Ernest Rezerforda bir kolleqası kömək üçün müraciət edir. O tələbələrindən birinə fizikadan ən aşağı qiyməti verməyə hazırlaşdığı bir vaxtda həmin tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Müəllim və iddialı tələbə mübahisənin həlli üçün üçüncü tərəfin köməyindən istifadə etməyi qərara alırlar. Üçüncü şəxs olaraq isə Ernest Rezerford təyin edilir. İmtahan sualı belə idi: “Barometrin köməkliyi ilə binanın hündürlüyünü necə ölçmək olar?”.

Tələbənin cavabı belə idi: “Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonradan geri çəkmək və kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü dəqiq olaraq bildirəcək. Burada vəziyyət qəliz hala alır. Belə ki, tələbənin cavabı məntiqi cəhətdən doğru idi. Digər tərəfdən isə imtahan fizika fənni olduğundan cavabın bu sahə ilə əlaqəsi yox idi.
Davamı →

Stiven Hokinqin həyat qaydaları

İQ-ümün neçə olduğunu bilmirəm. Məncə bununla yalnız uğursuzlar maraqlanır.

Mənim məqsədim sadədir; Bütün kainatı anlamaq istəyirəm. O, niyə belədir, necə qurulub və biz niyə buradayıq?

Bərabərlik riyaziyyatın ən maraqsız hissəsidir. Mən şeylərə həndəsənin gözüylə baxmağa çalışıram.

Biz xüsusi görkəmi olmayan bir ulduzun balaca planetinin meymundan törəmiş, inkişaf etmiş varlıqlarıyıq. Amma bizim kainatı öyrənmək şansımız var. Bizi özəl edən budur.

Biz kainatın həyata yararlı olmasına təəccüblənməməliyik. Axı bu, o demək deyil ki, kainat həyat üçün düşünülmüşdür.

Davamı →

Məlumatın qeyri-müəyyənliyi

Əgər elmin, “Biz Nəyik?”,”Haraya gedirik?”, “Kainatın Mənası nədir?” kimi suallara cavab verməsini gözləyirsinizsə, məncə asan şəkildə suallara cavab yerinə, daha sirli cavablara yönələ bilərsiz. Mümkün olduqca daha çox şeyi tapmaq üçün araşdırmaq lazımdır.

İnsanlar mənə “Fizikanın ən son, dəqiq qanunlarını tapmağa mı çalışırsınız?” deyə suallar ünvanlayırlar. Xeyr, sadəcə mən dünya haqqında daha çox şeyi anlamağa çalışıram və sonda hə rşeyi açıqlaya bilən tək bir qanuna əlimiz çatsa, onu kəşf etmək çox gözəl olar. Əgər milyonlarca qatı olan soğan kimi bir şey çıxarsa və bununla məşğul olmaqdan yorulsaq və sıxılsaqda, əlimizdə olan budur. Amma hansı şəkildə olursa olsun, təbiət orada və olduğu şəkliylə ortaya çıxacaqdır.
Davamı →

Riçard Feynman

Riçard FeynmanRiçard Fillips Feynman (Richard Phillips Feynman, 11 may 1918-15 fevral 1988) – görkəmli amerika fiziki. Kvant elektrodinamikasının banilərindən biri. 1943-45-ci illər aralığında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir. Kvant mexanikasında trayektoriyalar üzrə inteqrallama üslunu (1938), eləcə də elementar hissəciklərin çevrilmə və qarşılıqlı təsirini təsvir edən kvant sahə nəzərtiyyəsinin Feynman diaqramları metodunu (1949) işləmişdir. Həmçinin ifrat axıcılıq nəzəriyyəsi və nüvənin parton modelini irəli sürmüşdür. 1965-ci ildə S. Tomonaqo və C. Şvingerlə birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Uşaqlıq və gənclik illəri
Riçard Fillips Feyman zəngin bir ailədə anadan olmuşdur. Valideynləri — Melvil və Lüsil Nyu-Yorkda Kuinsin cənubunda Far-Rokveydə yaşayırdılar. Atası Riçardın dünyaya gəlməməsindən əvvəl oğlunun alim olacağını qərara almışdı (Həmin illərdə qızlar de-yure akademik dərəcə ala bilsələr də, onların gələcəyi adətən qeyri-müəyyən qalırdı. Bununla belə, Riçard Feymanın kiçik bacısı bu fikri rədd edərək sonralar məşhur astrofizik olur).
Davamı →

Sovetin Eynşteyni

LandauAlbert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar.

Bakılı balasıyam… 
Landau Davidoviç 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Deyilənə görə, o, öz doğum tarixi barədə belə deyərmiş: “Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq-həkim, atası David Landau isə Azərbaycanın neft sənayesində tanınan mühəndislərdən idi.

Övladlarının təhsil almaları üçün 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçür və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılıb) mənzil alırlar. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşayır. Qeyd edək ki, hazırda Bakıdakı küçələrdən birinə alimin adı verilib.


Ardı →

Ersted Hans Kristian

«Dünya professoru Ersted özünün böyük kəşfi ilə
fiziklərə tədqiqatın yeni yolunu bəxş etdi.»
A. Amper

Hans Kristian Ersted Danimarkanın kiçik Rudkyobink şəhərində aptekçi ailəsində anadan olub. O, atasının aptekində əczaçılıq öyrənməklə fəaliyyətə başlayır.
1794-cü ildə Ersted təbabət və təbiətşünaslığı öyrənmək üçün Kopenhagen universitetinə daxil olur. 1797-ci ildə oranı bitirib, tibb fakültəsinin əczaçılıq kafedrasına kiçik elmi işçi keçir. İnstituta daxil olduğu vaxtdan Ersted fizika və fəlsəfənin vurğunu olur, öz üzərində çalışmağa başlayır və 22 yaşında fəlsəfə elmləri doktoru olur.
Davamı →

Edison Tomas Alva

1098 ixtıra!!! Bütün ömrü boyu gündə 18-20 saat işləyən Edison 84 il yaşamışdır.
Bəşəriyyət tarixində Edisondan məhsuldar ixtiraçı olmamışdır.
Görkəmli Amerikan ixtiraçısı Tomas Alva Edison Ohayo ştatının Maylan şəhərində anadan olub. O, ilk təhsilini müstəqil olaraq evdə almışdır. Edison uşaqlıqdan kitab oxumağa həvəs göstərirmiş. Kimya və fizikaya aid kitabları daha çox sevərmiş. Eyni zamanda kitablardan öyrəndiklərini təcrübədə yoxlayırmış. Təcrübələr üçün vəsaiti çatmadığından 12 yaşlı Edison qatarlarda qəzet satmağa başlayır. İşlədiyi qatarın baqaj vaqonunda laboratoriya düzəldib, boş vaxtlarında orada təcrübələr apararmış.
Ardı →

Coul Ceyms Preskott

Coul ingilis fiziki olub, enerjinin saxlanması qanununu ilk kəşf edənlərdən biridir. Ceyms Coul (24.12.1818-11.10.1889) Böyük Britaniyanın Solforu şəhərində anadan olub. O, təhsilini evdə aldıqdan son¬ra onun ilk fizika müəllimi C.Dalton olub və onun təklifi ilə də eksperi¬mental təcrübələr aparıb. O, əvvəlcə elektrik sahəsində tədqiqatlar aparıb, bəzi elektrik cihazlarının konstruksiyası ilə əlaqədar məqalələri ilə jurnallarda sistematik çıxış etmişdir.
Coulun əsas elmi işləri elektromaqnetizm, istilik və qazların kinetik nəzəriyyəsinə aid olub.
Ardı →

Nils Bor Hendrik

Məşhur Danimarka nəzəriyyəçi fiziki, müasir kvant mexanikası yaradıcılarından biri Nils Bor 1885-ci ildə Kopenhagen universitetinin fiziologiya professoru ailəsində anadan olub.
Kiçik yaşlarında Bor əl əməyinə maraq göstərmiş və fiziki iş ona həmişə böyük ləzzət verərmiş.
1903-cü ildə Nils Bor Kopen­hagen universitetinə daxil olur. Tələbəlik illərində Bor səthi gərilməyə aid müsabiqə işini yerinə yetirib Danimarka EA-nın qızıl medalını alır. 1907-ci ildə yazılmış bu əsər Borun ilk elmi işi olub. Borun sonrakı elmi işi onun doktorluq dissertasiyası olmuşdur. Bor 1911-ci ilin əvvəllərində «Metalların elektron nəzəriyyəsinin analizi» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu dissertasiya işində Bor metalların daxilində sərbəst elektronların mövcud olması təsəvvürləri əsasında metalların istilik və elektrikkeçirmə xassələrini izah etmişdir.


Ardı →