Nils Bordan mükəmməl cavab

Bir dəfə Kral akademiyasının prezidenti olan Ernest Rezerforda bir kolleqası kömək üçün müraciət edir. O tələbələrindən birinə fizikadan ən aşağı qiyməti verməyə hazırlaşdığı bir vaxtda həmin tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Müəllim və iddialı tələbə mübahisənin həlli üçün üçüncü tərəfin köməyindən istifadə etməyi qərara alırlar. Üçüncü şəxs olaraq isə Ernest Rezerford təyin edilir. İmtahan sualı belə idi: “Barometrin köməkliyi ilə binanın hündürlüyünü necə ölçmək olar?”.

Tələbənin cavabı belə idi: “Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonradan geri çəkmək və kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü dəqiq olaraq bildirəcək. Burada vəziyyət qəliz hala alır. Belə ki, tələbənin cavabı məntiqi cəhətdən doğru idi. Digər tərəfdən isə imtahan fizika fənni olduğundan cavabın bu sahə ilə əlaqəsi yox idi.
Davamı →

Sovetin Eynşteyni

LandauAlbert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar.

Bakılı balasıyam… 
Landau Davidoviç 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Deyilənə görə, o, öz doğum tarixi barədə belə deyərmiş: “Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq-həkim, atası David Landau isə Azərbaycanın neft sənayesində tanınan mühəndislərdən idi.

Övladlarının təhsil almaları üçün 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçür və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılıb) mənzil alırlar. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşayır. Qeyd edək ki, hazırda Bakıdakı küçələrdən birinə alimin adı verilib.


Ardı →

Allahı qəbul edən ateist alim

Məşhur ateist Allahın varlığını qəbul etdi
 
Allahın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”.

 “Kanal D”-nin Londondakı nümayəndəsi Aişəgül Əkinçinin müsahibə götürdüyü Hokinq ilk dəfə Allah’ın varlığını qəbul etdi. Müsahibə əsnasında verilən bir suala Hokinqin verdiyi cavab onun öz işçi heyətini də təəccübləndirdi. Hokinq Allah ilə bağlı verilən sualı belə cavablandırdı: “Kainatın yaranması elmi həqiqətə əsaslanır. Lakin bu qətiyyən elmi qaydaları qoyan və onları yaradan Allah`ın olmaması demək deyildir…”


Ardı →

Tomson Cozef Con

Məşhur ingilis fiziki C.C.Tomson Mançestr yaxınlığında Çitem-hill şə­hərində anadan olub. Mançestr universitetində oxuyub. 1880-ci ildə Kembric universitetini bitirdikdən sonra Kavendiş laboratoriyasında işə başlayır. Maksvelldən sonra həmin laboratoriyaya məşhur fizik Reley rəhbərlik edib. İlk vaxtlarda C.Tom­son işığın elektromaqnit nəzəriyyəsinə həsr olunmuş birinci məqaləsini 1880-ci ildə nəşr etdirir. Sonra isə 1881-ci ildə elektromaqnit nəzəriyyəsinə aid daha iki məqaləsini yazıb. Onun bu işləri Reley tərəfindən çox yüksək qiymətləndirilir və ona görə 1884-cü ildə öz yerinə laboratoriya direktoru vəzifəsinə Tomsonu namizəd göstərir.
Davamı →

Maykl Faradey

Faradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 ya­şında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir.
Davamı →

Daniil Bernulli

Daniil Bernulli (Daniel Bernoulli) 1700-cü ildə Niderlandın şimal-şərqindəki Qroningen şəhərində anadan olub. Daniil böyük qardaşı Nikolayın yanında riyaziyyat elmini öyrənmişdir. O, təhsilini 1716-cı ildə Bazel universitetində başa vurur və 1725-ci ildə qardaşı Nikolay ilə birlikdə Peterburqa gedir. O vaxt Rusiyada elmi inkişaf etdirmək məqsədi ilə Pyotrun islahatları əsasında bir çox xarici ölkə alimləri Rusiyaya dəvət edilirdi. Bernulli qardaşları da Rusiyaya dəvət olunanlardan idi. Peterburqda 8 ay işlədikdən sonra Nikolay ölür. Artıq o vaxt Bernulli riyaziyyat professoru idi. O, 1725-ci ildən 1733-cü ilə kimi Peterburq EA-da işləmişdir. Bernulli Peterburq EA-da əvvəlcə fiziologiya ilə məşğul olub, 1730-cu ildən riyaziyyat kafedrasına, 1733-cü ildə Bazelə qayıdaraq orada anatomiya və botanika kafedrasına, 1750-ci ildən isə təcrübi fizika kafedrasına rəhbərlik etmişdir.
Davamı →

Robert Huk

Robert Huk (Robert Hooke) görkəmli ingilis fiziki və ixtiraçısıdır. O, Uayt adasında anadan olub. Huk Oksford universitetində oxumuş və Robert Boylun assistenti olmuşdur. O, London Kral cəmiyyətinin (1663) üzvü və 1677-83-cü illərdə katibi olmuşdur.
Onun ən böyük elmi xidməti 1660-cı ildə təcrübi yolla yayın elastiklik qüvvəsinin onun uzanması ilə mütənasib olduğunu öyrənməsidir. Lakin qanun 1678-ci ildə elan edilmişdir. Huk qanununun riyazi ifadəsi F=-kx; x-uzanma, k- mütənasiblik əmsalıdır.Huk 1662-ci ildə Kral cəmiyyətinin eksperimentçisi olmuş və R.Boylla birlikdə Herikin hava nasosunu təkmilləşdirmişdir. O,1665-ci ildə Hüygenslə birlikdə termometrin sabit nöqtələrini-buzun ərimə nöqtəsi və suyun qaynama nöqtəsini təyin etmişdir.
Davamı →