Zəhərli bitki – Oleandr

  • Flora
Oleandr və ya zəkkum ağacı çox zəhərli bir bitki olmasına baxmayaraq Bakımızın bütün küçələrində ona rast gəlmək olur, çünki bütün iqlim şərtlərinə dözümlüdür.

Yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox söyüd gülü deyirlər. Əslində belə bitkilərin məktəb və uşaq bağçalarının yanında əkilməsi qadağan olunmalıdır.

Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq məsləhət deyil, xüsusən uşaqlara ondan uzaq durmağı izah etmək önəmlidir.
Davamı →

Bağayarpağı

Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.

1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Davamı →

Pərpətöyün

  • Flora
Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.

Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.

C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətləri də mövcuddur. Doymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.
Davamı →

Zirinc

  • Flora
Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.

Zirinc Antaraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krınmda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır.
Davamı →

Ballınanə

Xalq arasında bu bitki bədrənc və limonotu kimi də tanınır. Bitkinin sürünən kökü var və boyu 120 sm-ə kimi qalxa bilir. Onun gövdəsi zoğdan, zoğun daxili isə dördqatdan ibarətdir. Ballınanə hündürlüyə qalxdırca kənarlarından budaqlar, yarpaqlar çıxır. Ballınanənin çiçəkləri dairəvi halda yerləşir və bir dairədə 12 ədəd olmaqla bitir. Ballınanə açıq mavi və ya solğun mavi rənglərdə çiçək açır.

Onun toxumu 4 kiçik qozadan ibarətdir. Toxumları sərt, yumurtayabənzər, parlaq və qara rəngdə olur. Ballınanə iyun-avqust aylarında çiçək açır, sentyabır ayında isə toxumlayır. Ballınanə çoxillik bitkidir. Ondan qədim dövrlərdə yazılan əlyazmalarda da bəhs edilib. Bu bitkinin vətəni Avropa hesab edilir. Amerikaya ballınanə Avropadan gətirilib.
Davamı →

Badyan bitkisi

  • Flora
Badyan həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur. Badyan ağacının çiçəkləri açıq sarı və yaşıl tonda olub kiçik toxumlara dönür. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur. Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər.

Badyan tünd şirin, kəskin dad və xüsusi ətrə malikdir. Ondan kulinariyada, parfümeriyada və xalq təbabətində geniş istifadə edilir. 100 qram badyanın tərkibində 337 kKalori var. Onun tərkibi zülallar və karbohidratlarla zəngindir. Ondan çox istifadə eləmək çəkinin artmasına səbəb olur.
Davamı →

Çiçəklərin ətir və rəngləri

  • Flora
Yaşıl çəmənin əlvanlığı son dərəcə cazibədardır. İsti yay günündə buludsuz səma altında güllərin parlaq rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz, tanış və sevimli mənzərə yaradır. Ağ qamətli birəotu, bənövşəyi, utancaq zəngçiçəyi, al-qırmızı qərənfillər… Təbiət insandan ötrü necə rəng müxtəlifliyi, qəribə naxışlar, gözəlliklər yaradılıb!

Təkcə insan üçün? Dostlar, bu sualın üzərində dərindən düşünmək lazımdır. İnsan Yer üzündə yaxın keçmişin qonağıdır. Tutqun simalı, təbiətin gözəlliyini hələ duya bilməyən əcdadlarımız mağaralarda gizlənən zaman çəmənlərdə güllər açır, onların üzərinə nektar və tozcuq toplayan həşəratlar qonurdu. Milyon illər əvvəl bitkilərin əksəriyyətində görkəmsiz, balaca, tozcuğu küləklə yayılan çiçəklər olub. Lakin tədricən bitkilər və həşəratlar bir-birinə uyğunlaşıb.
Davamı →

Çobanyastığı günəş çiçəyidir

  • Flora
Çobanyastığı gözoxşayan, cazibədar bitkidir. Onu adətən “utancaq”, “çöl çiçəyi” kimi epitetlərlə müşayiət edirlər. Lakin çələng hörəndə, buket bağlayanda onsuz ötüşmək çəkindir. Bu bitkinin çiçəyinin forması çətirə oxşayır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan onun altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayar. Yağış damlaları çobanyastığı çətiri döyəclər, ləçəklərindən süzülüb axar, çırtdan isə tamamilə quru qalar.

Çiçəyin adı latınca “romana” sözündən götürülüb. Orta əsr tibb ədəbiyyatında çobanyastığını “Roma çiçəyi” adlandırıblar. Bitkinin yunanca adı (“Leucanthemum”) isə “ağ çiçək” kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər. 
Davamı →

Zanbaq - Şərqin sehrli çiçəyi

  • Flora
Bir çoxlarının sevdiyi zanbaq və ya tülpan çiçəyinin adı “türban” mənasına gələn fars sözü “toliban”dan götürülüb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir. Zanbağın vətəni İrandır. Bu çiçək İrandan Türkiyəyə gətirilib və adına lalə deyilib. Türk soltanının malikanəsində hər baharda ən azı 500 min zanbaq çiçək açardı! Hər il şərq təmtərağı ilə zanbağa həsr olunan bayram mərasimləri keçirilərdi.

XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə zanbağı məhz Türkiyədəki bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və nəticədə 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Bundan sonra zanbaq Avropanı fəth etməyə başlayır. Qısa bir müddət ərzində göz oxşayan çiçək nəinki Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada populyarlıq qazanır. XVI əsrin ortalarında zanbaqların artıq 300-ə yaxın növü məlum idi.
Davamı →

Pando - Dünyanın ən yaşlı ağacı

  • Flora
Dünyanın ən yaşlı ağaclarından ilk sırada duran ABŞ-dakı pando ağaclarıdır. Bu ağaclar ardıcıl düzülüşü ilə diqqəti özünə çəkir. Bu ağacların 80 min ildən çox yaşı var.


Pando ağacları, eyni zamanda, dünyanın ən ağır ağacları sırasında yer alıb. Bu ağaclar ABŞ-ın Yuta ştatından başqa heç bir ölkədə yoxdur. Təxminən altı milyon kiloqramlıq ağırlığı olan və kiçik meşəlik təsviri bağışlayan ağaclar dünyanın ən ağır “canlı orqanizmi” hesab edilir. Bəzi mütəxəssislər deyirlər ki, eyni kökdən olan həmin ağacların yaşı bir milyon ildən çox ola bilər.
Davamı →