Cənnət alması

  • Flora
cənnət almasıCənnət almasının faydaları saymaqla bitməz. Digər alma növlərində olduğu kimi cənnət almasının tərkibində də bir çox faydalı vitamin (A, C, PP, B) və minerallar (kalsium, mis, dəmir, sink, marqans və s.), pektinlər, fitonsidlər, antioksidantlar, büzücü maddələr və s. var. 

Lakin digər alma sortları ilə müqayisədə cənnət almasının tərkibində bioloji aktiv maddələr qat-qat daha çoxdur.

Hələ dahi Hippokrat öz elmi işlərində cənnət almalarının faydasını qeyd edirdi və onları ürək, böyrək və dəri xəstəlikləri zamanı yeməyi tövsiyə edirdi. Ürək və damarlar üçün çox faydalıdır, təzyiqi tənzimləməyə kömək edir, damarları möhkəmləndirir.
Davamı →

Kaktuslar niyə tikanlıdır?

  • Flora
Yəqin elə bir insan yoxdur ki, heç vaxt kaktus görməsin. Bu yaşıl rəngli dirəklərə hər yerdə — oranjereyalarda da, evdə də, təbiət haqqında çoxsaylı kitablarda da, hətta münasib qiymətə əldə edə biləcəyimiz hipermarketlərdə də rast gələ bilərik. İnsanlar kaktusları alaraq, evlərini bəzəyirlər, onları “sevimli kirpi” adlandırırlar. Axı, kaktuslar tikanları ilə tanınırlar.

Kaktus — ən az diqqət tələb edən bitkidir. O, hətta ən quraqlıq yerdə bitir. Məhz bu səbəbdən kaktusun bir çox növü enli gövdəsi ilə seçilir. Bu gövdə bitkiyə lazımi su ehtiyatı yığmağa kömək edir. Yeri gəlmişkən, həmin gövdə yarpaq funksiyasını yerinə yetirir, yəni karbon qazını özünə çəkir.

Məşhur tikanlar isə şıltaqlıq yox, yaşamaq üçün əsasdır. Məlumdur ki, yarpaqlar rütubəti daha yaxşı buxarlandırır. Əgər rütubət onsuz da azdırsa, deməli nə isə qeyri-adi və maraqlı bir şey fikirləşmək lazımdır. Buna görə də kaktus tikanlarla örtülüdür ki, bu da ona nəinki rütubətlilik verir, həmçinin rütubəti özünə çəkməyə imkan verir.
Davamı →

Çaytikanı - vitaminlərlə zəngin, şəfalı bitki

  • Flora
Qədim diyarımız Naxçıvan həm də müalicəvi bitkiləri ilə tanınır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir. Çaytikanı da belə faydalı bitki növlərindəndir. Bu bitki haqqında oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevlə həmsöhbət olduq. 

O bildirdi ki, çaytikanı iydəkimilər fəsiləsinə məxsusdur. Hündürlüyü 4-6 metrə çatan bu bitkinin gövdəsinin diametri 30 santimetrdir. Qaramtıl-boz rəngli budaqları üzərində tikanları vardır. Yarpaqları ardıcıl düzülüb, neştərşəkilli-dilimli, bütövkənarlı olub, üst hissəsi yaşıl, alt hissəsi isə gümüşü rəngdədir. Çoxalması toxum, kök pöhrələri və qələmlərlə olur. Fəsilənin təqribən 3 cinsinə daxil olan 55 növü vardır. Naxçıvan Muxtar Respublikasında təbii halda yalnız bir yabanı çaytikanı növü bitir. Bioresurslar İnstitutunun təcrübə sahəsində Abşeron rayonundan introduksiya edilmiş “Zəfərani” və “Şəfa” sortları becərilir.
Davamı →

Yasəmən gülü

  • Flora
Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir. Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir.

Bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi yerlərdə qışda yarpaqlarını tamam tökür. Yazın əvvəlindən payızın axırlarına qədər çiçək açan həmin növün kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı-qızılı çiçəkləri ilə göz oxşayır. Həmin növ dekorativ bitki kimi parkları bəzəyir.
Davamı →

Əməköməci

  • Flora
Əməköməci ölkəmizdə bol miqdarda yetişən şəfalı bitkilərdən biridir. Bəs onun faydalarından xəbərdarsınızmı?

Əməköməci arıqlamağa kömək edir. Mədə problemlərini aradan qaldırır, astmadan və bronxit sağlamlığını qoruyur, bəlğəmi aradan qaldırır, bağırsaqları, dərini təmizləyir, iltihabı götürür. Həmçinin sidik yolu infeksiyasının və böyrək daşı yaranmasının qarşısını alır, yuxu keyfiyyətini artırır.

Davamı →

Novruzçiçəyi

  • Flora
Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir. El arasında onu novruzgülü də adlandırırlar.

Qədim dövrlərdən etibarən ondan müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə «Olimpin dərman çiçəyi» adı verilib, İngiltərədə isə onu sehrli çiçək hesab ediblər. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu "İflic otu" da adlandırırdılar.

Xalq təbabətində novruzçiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.
Davamı →

Faukariya

  • Flora
Faukariya latınca “faux”-heyvan ağzı, yunanca “ari”-çoxlu sözlərinin birləşməsindən əmələ gəlib. Zahirən vəhşi heyvanların ağzını xatırlatdığına görə ona belə bir ad verilib. Bitkinin 30-a yaxın növü məlumdur, əsasən Cənubi Afrika səhralarında bitir.

Bitkinin ətli yarpaqlarının kənarlarında yumşaq tikanlar mimikriyanın nümunəsidir və ona zərər vermək istəyən heyvanları ürküdür. Faukariya əsasən iyul-avqust aylarında çiçəkləyir, 6-7 santimetr diametrində olan çiçəkləri qızılı-sarı rəngdədir. Buludlu havada əsasən gecələr bitkinin qönçələri demək olar ki, bağlı qalır. Əsasən toxum vasitəsilə çoxalır.
Davamı →

Qoz yarpağının faydaları

  • Flora
Qoz yarpağının ən mühüm faydası odur ki, bədəndə olan toksinləri xaric edir. Bu bitkinin çayından mütəmadi olaraq istifadə bədəndə olan mikrob, bakteriya və toksinlərdən xilas olmağa kömək edir. Çay xüsusilə bağırsaqlarda olan qurdları tökmək üçün effektlidir.

Bütün xərçəng növlərinin alternativ müalicəsində də qoz yarpağından geniş istifadə edilir. Orqanizmdə sürətlə artan bədxassəli hüceyrələrin məhv edilməsi prosesində qoz yarpağının olduqca müsbət nəticələr verdiyi müşahidə olunub.

Qoz yarpağından hazırlanan məlhəm və məcunlar yaraların sağalma prosesini sürətləndirir. Qoz yarpağı saçların daha sağlam və sürətlə uzanmasına kömək edir. Bunun üçün qoz yarpaqlarını əzərək məcun halına gətirib şampuna əlavə edin.
Davamı →

Çobanyastığı

  • Flora
Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüsеyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqеn təsirə malikdir (südü artırır), sinir sistеmini sakitləşdirir. Çobanyastığı çiçəyini çеynədikdə, ağız yaralarına qarşı kömək еdir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. 4,5 q çobanyastığı kökünü bal ilə qəbul еtdikdə, cinsi həvəsi artırır.

Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə çobanyastığı çiçəyinin mərhəmi yüksək qızdırmada, titrəmədə, və əsmədə çox xеyirlidir. Bu məlhəm həmçinin karlıqda, bеl ağrısında, rеmatizmdə, yеl xəstəliyində xеyirlidir. Bunları «Ixtiyarəti-bədii» (XIV əsr) əsərinin müəllifi qеyd еdir.
Davamı →

Dəvətikanı

  • Flora
Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi. Məhəmməd Mömin (vəfatı 1697-ci il) yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir. Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.
Davamı →