Suyun altında yoqa

İnsanın fiziki və ruhi dincliyini təmin edən yoqa dünyada ən geniş yayılan təlimlərdən biridir. Son dövrlər isə istər məşhurlar, istərsə də adi insanlar arasında yoqanı həyat tərzinə çevirənlərin sayı gündən-günə çoxalır.

Rusiyalı fotoqraf Elena Kalis isə yoqanı fərqli formada insanlara təqdim etməyin yeni üsulunu kəşf edib. O, isveçrəli yoqa təlimçisi Britta Jadeni suyun altında yoqa edərkən fotoaparatın yaddaşına həkk edib.

Qeyd edək ki, Elena Kalis foto-layihələrini əsasən suyun altında həyata keçirir.

Davamı →