Rəssam Kafka

Kafka özünü həm də rəssam hesab edib. Bu etirafı iki dəfə nişanlı olduğu Felice Bauerə yazdığı məktublarda edib: “Bir vaxtlar çox yaxşı rəssam idim. Ancaq daha sonra zəif bir müəllimin yanında məktəb səviyyəsində rəsm çəkməyi öyrənməyə başladım və bütün istedadımı itirdim. Üstündən illər keçən bu rəsmlərim o vaxt məni hər şeydən daha çox qane eləmişdi”.


Davamı →

Kulinariya incəsənətə çevriləndə

Stilist Anna Keville Coys kulinariyanı incəsənətə çevirərək maraqlı dizaynları ilə dünyaya səs saldı.

Stilist öz yaradıcı düşüncələrini əks etdirərək hazırladığı əyləncəli kompozisiyalarında müxtəlif ölkələrin rəmzlərini əks etdirərək həm incəsənətə, həm də yeməyə yaradıcı dizaynları ilə yenidən fərqlilik yarada bildi. Orijinallığı ilə diqqət çəkən kadrlar görüntüsü ilə də iştah açır.

Davamı →

Suyun altında yoqa

İnsanın fiziki və ruhi dincliyini təmin edən yoqa dünyada ən geniş yayılan təlimlərdən biridir. Son dövrlər isə istər məşhurlar, istərsə də adi insanlar arasında yoqanı həyat tərzinə çevirənlərin sayı gündən-günə çoxalır.

Rusiyalı fotoqraf Elena Kalis isə yoqanı fərqli formada insanlara təqdim etməyin yeni üsulunu kəşf edib. O, isveçrəli yoqa təlimçisi Britta Jadeni suyun altında yoqa edərkən fotoaparatın yaddaşına həkk edib.

Qeyd edək ki, Elena Kalis foto-layihələrini əsasən suyun altında həyata keçirir.

Davamı →

Xəz oyuncaqlar

Təbiəti sevənlər və təbii ehtiyatların səmərəli istifadəsinin tərəfdarları arasında “upcycling” anlayışı mövcuddur ki, bu istismar müddətini tamamlayan əşyaların yenidən lakin başqa bir formada istifadəyə qayıtmasıdır. Dünyda ildən-ilə xəz əleyhinə insanların maariflənməsi, heyvanlara qarşı zorakılığın azaldılması məqsədi güdür. Bu ideyadan ilhamlanan Hollandiyalı dizayner Lisa Louwers lazımsız və köhnəlmiş kürkləri gözəl yumşaq oyuncaqlara çevirir. Rəssam hesab edir ki, bu cür əl işlərilə o heyvanlara hörmət hissini bildirir.

Davamı →

Antiklik və müasirliyin vəhdəti

Sezann, Van Qoq, Mane, Munk və Vermeyerin əsərlərindəki obrazlar XXI əsrin texnologiyalarından istifadə etsəydi, nə baş verərdi?

Koreyalı illustrator və qrafik dizayner Kim Dong-Kyu “ArtxSmart” layihəsi ilə internet ulduzuna çevrilib. Onun əfsanəvi rəssamların şah əsərlərinə olan müasir yanaşması böyük maraqla qarşılanıb. Müəllifin fikrincə, əgər sözügedən dahilər XXI əsrdə yaşasaydılar, əsərlərini şübhəsiz ki, məhz belə təsvir edərdilər. Axı, bu gün smartfonlar cəmiyyətin ayrılmaz hissəsidir.
Davamı →

Güllərin rəqsi

Çox zaman ətrafına göz gəzdirərək dəqiqliklə tikilmiş hündür qalaları, çoxmərtəbəli göydələnləri, gözəl evləri gördükdə bütün bunların insan əllərilə yaradılmasına inanmırsan. Və, əlbəttə, hazırda bu cür tikililər bir əsr bundan əvvələ nisbətən elə də təəccüb doğurmur. Ancaq istisnalar da mövcuddur! Məsələn, may ayında İspaniyanın Kordova şəhərciyinə getsəniz, müxtəlif bitkilərlə bəzənmiş qar kimi evlərə heyran qalacaqsınız. 
 
Davamı →

Tərcümə olunmayan sözlər



Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur. Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb.
Davamı →