"Kezmarske Hut" oteli


Bu ötel görünüşü ilə turistlərin böyük marağına səbəb olur. Dünyanın ən qeyri-adi otellərindən olan bina Slovakiyadadır. 
Tatra Dağlarının ətəyindəki otel ölkəyə gələn turistlərin mütləq ziyarət etməli olduqları məkanlar sırasındadır. 

Otel memarlığı ilə bir çox müsabiqələrin qalibi olub. «Kezmarske Hut» adlı 5 mərtəbəli otel uzaqdan qara batıb ökən bina effekti yaradır. 
Ardı →

Fitnes 100 il əvvəl

Əgər ümumi fitnesin tarixinə nəzər salsaq bu V əsr Qədim Yunanıstana gedib çıxır. Yunanlılar döyüşlərə hazır olmaq və ideal bədən forması üçün müxtəlif növ idman növləri ilə məşğul olurdular. Müasir fitnes anlamı 60-cı illərdə ABŞ-da yaranmışdır, elə həmin zaman da rəsmi “fitnes” termini yaranmışdır.


Ardı →

Dik Smitin məşhur qrim işləri

Bu il 92 yaşında vəfat edən amerikalı Dik Smit bədii qrimin pionerlərindən sayılır. Qrimin xaç atası adlandırılan Smit başqa qrimçilərdən fərqli olaraq,  təkcə pudra, boyalarla kifayətlənmirdi.

O, həm də yeni materiallarla eksperiment edirdi.  2012-ci ildə ona kinonun inkişafındakı xidmətlərinə görə  Oskar mükafatı verilib. O, bu mükafatı alan yeganə qrimçidir.  

Onun metodları bu gün də geniş istifadə edilir.  Smitin məşhur işləri arasında “Amadey”, “Taksist”, “Xaç atası” filmləri var.

«Xaç atası» filmi, Marlon Brando


Ardı →

Günəşin öpdüyü qızlar

Bəziləri çilli qızları olduqca qeyri-adi hesab edir, bəziləri isə bunu çirkinlik əlaməti sayır.

Çilli qızlar da iki qrupa bölünür: təbiətin hədiyyəsi ilə mübarizə aparanlar və çilləri ilə barışanlar. Çillər qadını qətiyyən çirkinləşdirmir, əksinə, onu daha canlı və qeyri-adi göstərir.

Ardı →

Uçurumun kənarında


Siz nə zamansa uçurumun kənarında olmusuz? Sözün məcazi yox, həqiqi mənasında. Rusiyalı fotoqraf Kiril Oreşkinin təqdim etdiyi bu selfilərə baxın. O, şəhərin ən hündür yerlərinə çıxaraq bu əsərləri yaradır. Yəqin çox az adam buna cəsarət edər. Axı bu, əsl dəlilikdir: Ayağının altında uçurum, özündə bir əlinlə sallanırsan…
Ardı →

Göz oxşayan Azərbaycan

Təbiəti sevirəm, elə bu səbəbdən hardasa 1 il əvvəl (daha dəqiqi 22.09.13) ən çox sevdiyim mənzərələri toplayıb topik halında nəşr etmişdim. Topikdə dünya ölkələrindən ən çox bəyəndiyim mənzərələr toplanmışdı. Və o topikə gələn bir irad nəticəsində (bizim özümüzdə bunlardan da gözəl mənzərələr var) bu topiki hazırlamaq qərarına gəlmişdim. İnternetdə gəzdim, dolaşdım… qarşıma çıxan ən gözəl şəkilləri bu topikə yığdım. Müəyyən vaxt aldı, amma yenə də etiraz edib, yox bizim bölgədə lap gözəl görüntülər var desəniz, sizə iki təklifim olacaq:

1. Bacarırsınızsa, şəkli topikin şərhinə əlavə edin;
2.
Alınmırsa, şəxsi mesajla mənə göndərin topiki redaktə edib əlavə edim.

Məqsədim, ölkəmizin ən gözəl yerlərini bu topikdə görüb gözlərimizi "şənləndirməkdi". :)

Bakı


Ardı →