Kitab çantalar

Dizayner Yelena Miloskaya ən sevilən bədii əsərlərin əsasında çantalar yaradıb. Süni dəridən istifadə edərək düzəltdiyi kitab çantaların uzun asılqanı da var. Rus dizaynerin hazırladığı çantalarda “Gizli bağça”dan tutmuş “Operadakı xəyalət”ə qədər müxtəlif kitablar yer alır.

1. Gizli Bağça – Frensis Eliza Hocson Börnett

Davamı →

Eynşteynin məşhur fotoları

ABŞ. 1933

ABŞ-ın məşhur Prinston Universitetində çəkilib. Qəlyanla poza verib. Səbəb: qəlyanı özünün mütəfəkkir imicinə yaraşan simvol hesab edirdi. Yəni, onu daha müdrik göstərdiyinə inanırdı. Bir neçə qəlyanı olub və indi onlar müxtəlif muzeylərdə saxlanılır.
Davamı →

Fabrisio Korneli - işıq və kölgə oyunu

İstedadlı müasir rəssam, italyan sənətçi Fabrisio Kornelinin işlərindəki əsas xüsusiyyəti işıq və kölgə ekperimenti ilə insanların fenomenal siluetin yaratmaqdır.

Fabrisio Kornelinin işləri sərgilərdə, Brüssel, Roma, Berlin, Paris və digər şəhərlərdə binaların fasadlarında görülə bilər. Gecələr (qaranlıqda) və ya buludlu günlərdə bu əsərlər anlaşılmaz və biçimsiz metal obyektlərdən başqa bir şey deyil. Şəklin yaranması, «doğması» üçün onlara mütləq işıq düşməlidir.

Rəssam yaratdığı əsərdə riyazi dəqidliklə işığın istiqamətini, kölgənin necə düşüb, deformasiya olduğunu hesabladıqdan sonra hazırladığı metal, kağız və plastik konstruksiyaları platforma yerləşdirir.
Davamı →

Kulinariya incəsənətə çevriləndə

Stilist Anna Keville Coys kulinariyanı incəsənətə çevirərək maraqlı dizaynları ilə dünyaya səs saldı.

Stilist öz yaradıcı düşüncələrini əks etdirərək hazırladığı əyləncəli kompozisiyalarında müxtəlif ölkələrin rəmzlərini əks etdirərək həm incəsənətə, həm də yeməyə yaradıcı dizaynları ilə yenidən fərqlilik yarada bildi. Orijinallığı ilə diqqət çəkən kadrlar görüntüsü ilə də iştah açır.

Davamı →

Xəz oyuncaqlar

Təbiəti sevənlər və təbii ehtiyatların səmərəli istifadəsinin tərəfdarları arasında “upcycling” anlayışı mövcuddur ki, bu istismar müddətini tamamlayan əşyaların yenidən lakin başqa bir formada istifadəyə qayıtmasıdır. Dünyda ildən-ilə xəz əleyhinə insanların maariflənməsi, heyvanlara qarşı zorakılığın azaldılması məqsədi güdür. Bu ideyadan ilhamlanan Hollandiyalı dizayner Lisa Louwers lazımsız və köhnəlmiş kürkləri gözəl yumşaq oyuncaqlara çevirir. Rəssam hesab edir ki, bu cür əl işlərilə o heyvanlara hörmət hissini bildirir.

Davamı →