Qadınlarda cinsi istəksizliyin səbəbləri

Müxtəlif tibb sahələrinin bir çox mütəxəssisi hesab edir ki, ailədə harmoniyanın açarı müntəzəm cinsi həyatdan asılıdır. Müntəzəm cinsi əlaqə evdə xoş əhval-ruhiyyəni təmin edən başlıca amildir. Ancaq son illərdə qadınların çoxu cinsi istəksizlik problemi ilə üzləşdiyi üçün ailədə isti münasibətlərin qoruyub saxlanması çətinləşir. Ekspertlər məsləhət görür ki, cinsi əlaqəyə laqeydlik varsa, dərhal hərəkətə keçmək lazımdır!
Rusiyalı ginekoloq Veronika Qavrilova cinsi istəksizlik və onun müalicə üsulları mövzusunda ətraflı məlumat verib.

Davamı →

Qadınlarda cinsi həvəsi öldürən amillər

  • Qadın
Böyük Britaniya alimləri sübut edir ki, dünyada yaşayan qadınların 43%-də cinsi həvəs ya heç olmur, ya da çox zəif olur.

The Russian Times xəbər verir ki, alimlərin müşahidələrinə görə, qadnlarda libidonun (cinsi meyl, həvəs) zəif olmasının bir sıra səbəbləri var.

Bu səbəblərdən biri qadının uşağlığında gizlənir. Əgər valideynlər (analar) qız uşaqlarına seksi pis, ayıb, təhlükəli, qorxulu bir şey kimi təqdim edirsə, bu gələcəkdə qızlarda cinsi həvəsin olmamasına səbəb ola bilər.
Davamı →

Frigidlik haqqında

Frigidlik nədir?
Frigidlik (cinsi soyuqluq) — qadınlarda cinsi marağın, seksual hissiyatın və orqazmın olmamasıdır. Bəzi hallarda isə cinsi münasibətlərə nifrət kimi də özünü büruzə verir. Adətən cinsi soyuqluğun 4 tipi müəyyən olunur.
1. Gecikən orqazm
Cinsi hissiyyatlar heç də bütün qadınlarda eyni cür inkişaf etmir. Bəzilərində bu hisslər tez başladığı hallarda bir qisim qadınlarda gecikmiş orqazm baş verir. Uşaq dünyaya gətirdikdən sonra problem aradan qalxır. Bu cür qadın frigidliyi (retardasion – kecikmiş) xoşbəxtlikdən keçici xarakter daşıyır.
Nə ilə xarakterizə olunur.


Ardı →

Cinsi soyuqluq

Kişilərdə Cinsi İstəksizlik: Kişilərdə cinsi istəksizlik, qısaca kişilik orqanının boyunun (adamın öz düşüncəsinə görə) normaldan kiçik, erkən boşalma kimi xüsusi vəziyyətlər və yoldaşını təmin edə bilməmə duyğusuna qapılmadan irəli gəlir. Bir çox kişinin cinsi orqanı normal böyüklükdə olduğu halda, bunu kifayət bilməyərək, daha yekəsini istəyir. Normalda xəbərdar edilmiş bir penisin boyu, 12-16 sm arasındadır. Əslində bu da çox bir əhəmiyyət daşımaz.
Ardı →

Frigidlik

Gəlin ciddi və xoşbəxtlikdən xeyli nadir hadisə — cinsi soyuqluq (frigidlik) haqqında danışaq.
Mütəxəssislər cinsi soyuqluğun iki əsas səbəbini göstərirlər. Birinci səbəb ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür.Bu davranışın modeli qızın yaddaşına çökür. Bir müddətdən sonra o, ərə getdikdən sonra özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu da ər tərəfindən narazılığın getdikcə artmasına səbəb olur. Buna misal.
Ardı →