Biznes Proses ( Business Process)

Biznes proses müəyyən bir nəticəyə nail olmaq məqsədi ilə bir-biri ilə əlaqəli bir sıra funksiya və fəaliyyətlərdən meydana gəlir. Bu proses nəticəsində əldə edilən gəlir şirkətin daxili və xarici müştəriləri üçün dəyər yaratmalı və onlar tərəfindən yararlı qəbul edilməlidir. Reallaşdırılan funksiyalar şirkətin birdən çox departamenti tərəfindən və ya biri tərəfindən icra edilir. Bu funksiyaların icrası gedişində departamentlər bir-biri ilə resurs, maliyyə, informasiya mübadiləsi edirlər. Bir növ öz aralarında məntiqi bir bağ yaradırlar. Bir sıra funksiya və vəzifələr sıra ilə yerinə yetirilir, buna ardıcıl əlaqəli vəzifələr deyilir. Bəziləri isə eyni zamanda gerçəkləşdirilir ki, bunlar isə paralel vəzifələr olaraq adlandırılır. İş prosesləri tək bir təşkilat içərisində reallaşdırıldığı kimi, bəzən birdən çox təşkilatı da əhatə edə bilər. Birinci növdən proseslərə təşkilati, ikinci növdən proseslərə təşkilatlar arası iş prosesləri adı verilir. Proses yanaşması, Adam Smitin iş bölgüsü və Frederick Taylorun optimallaşdırılmış vəzifə yanaşmalarının əksinə olaraq, görüləcək işi bir sistem olaraq ələ alır. Bu yanaşmada vəzifələrin bir-birindən müstəqil olaraq tək-tək optimallaşdırılması yerinə, prosesin bütününün performansının optimallaşdırılması hədəflənər.


Ardı →

Niyə qara gündəyik və ağ günə necə çıxaq?

Biraz qara günümüzdən danışaq.


Bu sual ətrafinda illərdir baş sındırıram, cavablar axtarıb tapır və praktik olaraq öz üzərimdə sınamağa çalışıram. Çox irəli getməmiş, bəziləriniz sual verə bilər ki: “Axı biz nə gündəyik ki?” .  Xırda bir xatırlatma edib, problemin həlli istiqamətində variantlar üzərində dayanacam. İlk olaraq ondan başlayaq ki, torpaqlarımızın 20 faizi – Qarabağımız işğal altındadır.  Əgər bir az da dərindən fikirləşsək, hələ Cənubi Azərbaycanımız, İrəvanımız, Göyçəmiz də əlimizdən çıxıb. Bu yerdə nə romantizm və nə də ağlaşma qurmaq fikrim yoxdur, problemin həlli yolların axtarıram. Nə gündə olmağımızı anlamaq üçün davam edək, torpaq problemindən sonra, ölkədə insanlarımızın maddi vəziyyəti elə də ürəkaçan deyil, sübut kimi 4 milyondan çox həmyerlimizin Rusiya bazarlarına üz tutmasını göstərmək olar. Ölkədə qalan vətəndaşlarımızın da vəziyyəti elə də ürəkaçan deyil, bəzilərimiz ya rüşvət veririk, ya da rüşvət alırıq.


Ardı →