Göbələyin bilinməyən faydaları

İnsanların bir çoxu meşəyə gedən zaman göbələk toplamaqdan ləzzət alırlar. Ancaq göbələyi tanımaq mühüm məsələdir.
Göbələyin təxminən 38 min növü vardır. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var.
Göbələk çox ləzzətli tərəvəzdir. Yunanlar qədim zamanlarda belə düşünürdülər ki, göbələk döyüş meydanına gedən döyüşçülərə xüsusi güc verir. Ona görə də ondan ancaq bayram günlərində istifadə edərdilər. Çinlilər isə ondan dəyərli bir ərzaq kimi istifadə edərdilər.
Bu gün göbələkdən müxtəlif yeməklərdə istifadə edirlər. Göbələk yeməklərə xüsusi dad verir. Göbələkdən adətən suplarda, salatlarda və qızartma yeməklərində istifadə edilir. Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.

Davamı →

Bakteriya və göbələklərin qidalanması


Bakteriyaların qidalanması. Bakteriyaların bir çoxu hazır üzvi maddələrlə, yəni heterotrof yolla qidalanır. Heterotrof bakteriyaların bir qismi məhv olmuş orqanizmlərin üzvi qalıqları ilə qidalanır. Bunlara saprofit bakteriyalar deyilir. Saprofit bakteriyalar məhv olmuş orqanizmlərin çürüməsində, südün qatığa çevrilməsində, kələmin turşumasında və s. iştirak edirlər.
Bitkilərin, heyvanların və həmçinin insanın müxtəlif toxumalarında yaşayan və xəstəliktörədən bakteriyalar da məlumdur. Onlara parazit bakteriyalar deyilir.
Davamı →

Göbələklər haqqında nə bilirik?

Dünyanın müxtəlif ölkələrində göbələklərdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Son 30-40 ildə yeməli göbələklərin öyrənilməsi və süni yolla artırılmasına maraq artmışdır. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.

Yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar.

Davamı →

Dombalan göbələyinin faydaları

  • Flora
Kartofa bənzəyən bu qeyri-adi göbələk bütün dünyada ən bahalı və delikates məhsul sayılır. Fransız aşpazları onu «məhsulların almazı» və ya «kral göbələyi» adlandırırlar.

Xaricdə dombalan (yerdombalanı) göbələyinin 1 kq-ın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilər. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir.

Dombalan yalnız bahalı elit restoranlarda hazırlanır və əsasən az miqdarda olmaqla yeməklərə əlavə olunaraq bu yeməklərə qeyri-adi qoxu və dad bəxş edir.
Davamı →

Göbələyin faydaları

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.


Ardı →

Göbələk


gobələkOn minlərlə növü olan göbələk zülal, dəmir, A, B, D, P və K vitaminləri, kalsium, kalium, fosfor və mis mineralları ilə zəngindir.
Göbələk immunitet sistemini qüvvətləndirərək orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, fiziki və zehni inkişafı gücləndirir, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Bol miqdarda dəmir mineralına malik olan göbələk qanda xolesterolun səviyyəsini aşağı salaraq insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur. Göbələyin zülal dəyəri yüksək olsa da, yağ nisbəti aşağıdır. Ona görə də pəhriz zamanı daha çox istifadə olunur. Lakin zəhərli və yeməli göbələyi ayırmaq lazımdır. Buna görə də göbələyin mütəxəssislər tərəfindən toplanması məsləhətdir.

Qeyd: Revmatizm xəstələrinə göbələk yemək tövsiyə olunmur.


Davamı →

Kəpəkdən qorunma vasitələri təhlükəlidir

Müasir həyatda aritmik həyat tərzi və sağlamlığa biganəliyin nəticəsi olaraq üzləşdiyimiz xəstəliklərdən biri də baş dərisi qabıqlanmasıdır ki,satışda onunla müdafiə üçün  istənilən sayda vasitə tapmaq mümkündür.İlk növbədə onu bilmək lazımdır ki,qabıqlanmanın səbəbi dərinin piy vəzilərinin mübadilə pozğunluğu və orada “yaşayan” göbələklərin əlverişli mühit şəraitində koloniyalaşmasıdır.
Ardı →

Göbələk alarkən diqqətli olun

Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göbələkdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir.
Ardı →

Göbələklər

Göbələk lat. Fungi — təbiətin canlı amilləri sırasına daxil olan bir canlıdır. Bu canlı əbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda, ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin, ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır.
Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var:


Ardı →