Hər birimiz ağlayır və qəlbimizdəki yanğını göz yaşlarıyla söndürməyə çalışırıq. Hesab olunur ki, ağlayanda stress azalır və insan yüngülləşir.
Psixoloq Ceyran Həsənlinin sözlərinə görə, emosional həssas insanlar daha çox ağlayırlar: “Tədqiqatlar nəticəsində müəyyən olunub ki, insan ağlayan zaman göz yaşları ilə birgə orqanizmdən xüsusi zərərli maddələr xaric olunur. Bu isə bilavasitə stressi azaldır və insanı rahatlaşdırır. Əlbəttə ki, nəticədə sağlamlığa müsbət təsir edir”.
Lakin hədsiz çox ağlamaq zəiflik əlaməti olaraq qəbul edilir. Bu ətrafdakı insanları da qıcıqlandıra bilər. Ümumiyyətlə, insan həddindən çox ağlayırsa, bu hansısa bir psixoloji problemin göstəricisi də ola bilər.
İnsanın az və ya çox ağlaması isə xarakter xüsusiyyəti, yaşadığı həyat şərtləri və s. asılı olaraq dəyişə bilər.
Psixoloq Ruhəngiz Mehmanqızı bildirib ki, gözyaşı terapiyası zarafatyana deyilən bir termin deyil, ağlamağın faydası böyükdür. İnsanlar ayda bir dəfə ağlamaq üçün özlərinə uyğun vaxt və yer ayırmalıdır.
Ardı →