Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.



Ardı

Gülməli yazılar

Mənim üçün çox önəmlisən: Sən ağlasan mən də ağlaram, sən gülərsən mən də gülərəm, sən özünü dağdan atsan, mən də gülməyə davam edərəm


Dalaşanda bir-birini tanımayan təkcə Azərbaycan millətidir:
Kimsən ala sən? Sən kimsən eee? kim olmusan ala sən? bu olmusandaaa



Ardı

Qadınların gülüşünün 8 formada izahı

Qadınların gülüşü 8 formada izah edilir
1. Qadın gülərkən dişlərini ağardıb, əlinin birini ağzının bir tərəfinə qoyarsa, bu eqoizm əlamətidir.
2. Qadın gülərkən ağzını bir əli ilə örtərsə bu utancaqlıq əlamətidir.
3. Bəzi qadınlar gülərkən dişlərini ağardıb, burunlarını qırışdırırlar, bu adətən qəmginlik əlaməti hesab edilir.
4. Qadınların çoxu gözlərini yumub, ağızlarını yuxarı açıb gülürlər. Belə qadınlar öz hisslərini gizlətməyi bacarmayan, hər sözə inanan, sadə, həmişə nikbin olan qadınlardır.
5. Qadınların bəziləri başlarını yana əyərək ağızlarını açıb bərkdən gülürlər, belə qadınlar, sabahkı gün üçün fikirləşmirlər, həm də başqasına kələk gəlməyi bacarmırlar.

Ardı

Gülümsə :)

gülümsəyin. qoy təbəssüm sizi sevindirsin
Gülümsə!

Gülümsəyin!
Söhbət «anekdot»lardan və «gülməli» verlişlərdən getmir. Sizin enerjinizdən danışıram mən.

Küçədə, evdə, tanıdığınız və tanımadığınız insanlara gülümsəyin.
Çünki bu hamıya yaraşır və hamının içində müsbət enerji baş qaldırır.
Insanlar bir-birinin problemli olduğunu onsuzda bilir.
Və üstəlik nə qədər olar axı evdən çıxar-çıxmaz gördüyümüz ilk insanın gözlərində qəm və ya vəhşi baxışların şahidi olmaq?!
Yaxşı hadisələr haqqında fikirləşin biraz.
Problemlərə görə narahat olmağa dəyməz, əslində, onlar onsuzda ən sadiq dost kimi həmişə yanımızdadılar. Sevgilivizi düşünün, ya çox sevdiyiviz dostuvuzu, balaca dünyadan xəbərsiz uşaqları düşünün, gülün.
Təsəvvür edin ki, yol gedəndə insanlar sizə gülümsəyir, siz isə onlara..
Məncə gülümsəməkdi elə xoşbəxtliyin açarı.

Ardı

Gülüş xoşbəxtlikdir

Qaşqabağını tökən insanların, daim təbəssüm edən insanlara nisbətən, üzləri daha erkən və daha çox qırışır.

Bundan başqa
• Qaşqabağımızı tökdükdə 18, gülümsədikdə isə yalnız 3 əzələmizi istifadə etdiyimizi,
• Gülümsəmək üçün 14 kalori, qaşları çatmaq üçün 72 kalori lazım olduğunu,
• Hərəkət və üz ifadələrimizin istifadə etdiyimiz sözlərdən 8 qat daha güclü və təsirli olduğunu,
• İnsanın fikirli olduğu zamanlarda üz ifadəsinin gerçək halı olduğunu,



Ardı

Gülümsəyin,cənablar!

Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Bu halda gözlərinizin dövrəsindəki qırışların dərinləşməsi qorxulu deyil: çox yaşamaq xatirinə buna dözmək olar.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.

Ardı

Gülmək yaxşı şeydir

Gizlin dеyil ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan «Mədənüş-şifa» (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni bеlə izah еdir: «İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən nə də ruh xəstələnmək bacarığına qadir dеyil».
Ortaəsr mənbələrinə görə, hər hansı bir еmosiya orqanizmdə spеsеfik funksional dəyişiklik yaradır.

Ardı