Ən gözəl üz cizgilərinə sahib xalq

Bir çox səyyahlar əsərlərində dünyanın ən gözəl xalqının gürcülər olduğunu iddia edir. Bir çox səyyah və elm adamlarının fikrincə, gürcülər ala gözləri ilə dərhal seçilir. Aristotel isə bunu temperamentin ən vacib əlaməti hesab edirdi.

Müxtəlif dövrlərdə gürcü xalqının qonağı olan səyyahların onlar haqqında bildirdiyi fikirlər sizin üçün də maraqlı olacaq.

«Gürcüstanda olan bütün avropalı səyyahlar yekdilliklə etiraf edir ki, bu xalqın qızları çox gözəl və cazibədar üz cizgilərinə malikdir. Türklər, ərəblər, farslar gürcü qızları evlənib qanlarını onlarla birləşdirmək istədiyini deyir». (Kant İmmanuil — alman filosofu, alman klassik fəlsəfəsinin banisi)

«Onların qanı gürcülərlə və çərkəzlərlə nikah nəticəsində birləşib və nəcibləşib, bu iki millətin gözəlliyi digərlərini üstələyir. İranda demək olar ki, bütün adlı-sanlı adamların nənələri gürcü və ya çərkəz olub». (Çarlz Darvin — ingilis naturalisti və səyyahı)

«Dünyanın ən gözəl, mükəmməl və aristokratik üz cizgilərinə malik olan xalqı gürcülərdir». (Ritçel — alman alimi)
Davamı →