Vonnequtdan gələcəyə məktub

“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında  yazıçı Kurt Vonnequt da vardı.

Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır:

“Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız?

Bu əsrdən sizə, ya da əslində istənilən birinə verə biləcəyim ən yaxşı məsləhət içkiyə tövbə edən əyyaşın etdiyi dua olacaq: “Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün dinclik, dəyişdirə biləcəyim üçün cəsarət və aradakı fərqi anlamaq üçün ağıl ver”.

Vonnequt gələcəyə ötən əsrin təbiətindən də danışmağı unutmayıb: “Məni ən çox təəccübləndirən Təbiətin heç də təbiətsevər olmamağı idi. Planetimizi yerlə bir edəndə də, fərqli də olsa hər şeyi yenidən yerinə qaytaranda da bizim köməyimizə ehtiyacı yox idi və biz canlılar onun bunları edəndə heç nəyi inkişaf etdirmədiyini, ancaq dəyişdiyini görürdük.

İldırımla çəmənlərə od vururdu, əkinə yararlı torpaqlara lavalar yağdırırdı. Hələ buz parçalarını Cənub Qütbündən qoparıb Asiyaya, Avropaya, Cənubi Amerikaya sürükləyir arada. Təbiətin bir gün bunlardan əl çəkəcəyini düşünmək üçün heç bir səbəb yoxdur.


Ardı →