William Faulknerdən gənc yazarlara məsləhətlər

1. Əgər mən olmasaydım… 
“Əgər mən olmasaydım, mənim yazdıqlarımı bir başqası yazacaqdı. Eyni şeyi Hemingway, Dostoyevsky, bizim hamımız haqqında söyləmək olar. Buna sübut kimi onu göstərmək olar ki, Shakespeare-in pyeslərinin müəllifliyinə 3 namizəd var. Əsas olan — “Hamlet” və “Yay gecəsinin yuxusu”dur, onları kimin yazması yox”.
 
2. Təsirlənmək pis şey deyil… 

“Əvvəllər də dediyim kimi, yazıçı qətiyyən etika-filan gözləyən birisi deyil. Ona hardan, nə lazımdırsa, götürəcək, özü də bunu açıq şəkildə edəcək, boynuna da alacaq, çünki ümid edir ki, ortaya babat bir məhsul qoyacaq və sonrakı nəsil də onun yazdıqlarından nəsə götürəcək, özü də bu, yazıçıya xoş gələcək, çünki inanır ki, onun öz dəyərli sələflərindən əxz elədiklərinə də həmin müəlliflər yazlnız sevinə bilər”.   

3. İstedad, intizam, zəhmət…
İşin 100-də 99-u istedaddır… işin 100-də 99-u intizamdır… işin 100-də 99-u zəhmətdir. Yazıçı heç zaman yazdığından razı qalmamalıdır. Hansısa işi həmişə daha yaxşı görmək olar. Daim öz imkanlarından daha böyük hədəflərə köklən. Yalnız öz müasirlərindən və sələflərindən üstün olmağa can atma. Özünü ötüb keçməyə çalış.
Ardı →

Jonathan Franzendən gənc yazarlara məsləhətlər

Jonathan Franzen — Oxucu sənin dostundur, düşmən, yaxud tamaşaçı deyil.

— Əgər roman yazıçının şəxsən özü üçün qorxunc, yaxud naməlum bir aləmə səyahət deyilsə, onu yazmağa dəyməz.

(Yalnız puldan ötrü yazmaq olar).

— İnformasiyanın dünyanın hər yerindən əlyetərli və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb qalaq-qalaq material toplamağın da dəyəri azalmış olur.

— Əslində ən dəqiq avtobioqrafik nəsr nümunəsi təxəyyül tələb edir.

— İndiyəcən heç kəs (Kafkanın) “Çevrilmə”si qədər avtobioqrafik hekayə yazmayıb. 


Davamı →

Richard Forddan gənc yazarlara məsləhətlər

Richard Ford
— Yalnız o adamla ailə qur ki, onu doğrudan da sevirsən və o, yazıçılığa yaxşı baxır.  

— Uşaq lazım deyil.

— Əsərlərin haqda yazılanları oxuma.

— Arvadınla səhər tezdən, yaxud gecə mübahisə etmə.

— İçki içə-içə yazma.

— Əgər köməyin dəyəcəyinə tam əmin deyilsənsə, hər zibilə əl bulaşdırma.


Davamı →

Mark Tvendən gənc yazarlara məsləhətlər

1. Kimsə qonorar verənəcən qonorarsız yazmağa davam edin. Əgər yazıçı olmağı hədəfləyirsinizsə, sizin yazıçı olmaq istəyinizin kökündə daim, bu işə sevgi bəsləməyiniz dayanmalıdır. Əgər kökündə pul qazanmaq dayanırsa, çox tez məyus olacaqsınız.

2. İdeya hamıda ola bilər, işin çətin tərəfi həmin ideyanı mümkün qədər yığcam ifadə edə bilməkdir. Bir abzasa yerləşə bilən fikir bir vərəq tutmamalıdır.

3. Sadə dillə, qısa cümlələrlə, bər-bəzəksiz yazmaq daha düzgün yoldur. Düzdür, bərli-bəzəkli, güllü-çiçəkli dildə yazan yazıçılar arasından da uğurlu karyera quranlar çıxıb. Amma çalışın mətniniz aydın olsun, oxucunu lazımsız təsvirlərlə yormayasınız və onun diqqətini əsərlə demək istədiklərinizdən yayındırmayasınız.

4. Əgər yazdığınız əsər dalana dirənibsə, onu zorla yazmağa, nəyin bahasına olursa-olsun bitirməyə çalışmayın. Bir neçə saatlıq, bəzən isə bir neçə aylıq fasilə sizə imkan verə bilər ki, əsər üzərində işə yeni ideyalar və yeni baxış bucağı ilə qayıdasınız.(Twain bəzi kitablarının yazılmasına illərlə çəkən fasilə verib. Bəzilərinə isə ümumiyyətlə yenidən qayıtmayıb).


Ardı →

Phyllis Dorothy Jamesdən gənc yazarlara 10 məsləhət

«Mən kitab çap olunmamışdan əvvəl onu heç kəsə oxumağa vermirəm. Çünki zövqlər müxtəlifdir. Hər insan bir növ kitab xoşlayır və düşünür ki həmin növ kitab başqa növ kitablardan üstündür».

İngiltərənin populyar detektiv yazarı, 94 yaşlı Phyllis Dorothy Jamesdən gənc yazarlara məsləhətlər. Həmin məsləhətləri belə yığcamlaşdırdıq. 

1. Yazıçı olmurlar, yazıçı kimi doğulurlar.
Əlbəttə bu, insanın özündən asılı bir iş deyil, amma yazıçı olmaq istəyən insan anlamalıdır ki, heç də hər şeyi öyrənmək mümkün deyil, fitri istedad da lazımdır. Eynən musiqiçilər kimi. Yəni insana roman yazmağın qaydaları haqda dərs keçmək olar, amma əgər bədii təfəkkürü yoxdursa, ondan peşəkar yazıçı olmayacaq.

2. Bildiyin şeylər haqda yaz.
Hər bir kəs yaşadıqları, duyduqları haqda yazmalıdır. Məhz onda yaşadıqlarının, duyduqlarının hər bir detalı içində toplanacaq və vaxtı çatanda, zərurət yarananda sən həmin detallardan öz əsərində istifadə edə biləcəksən. Yazıçı özünü yazanda onun kitabı əsl kitab olur və bu zaman həmişə onu çap etməyə naşir tapılır.


Ardı →

Rey Bredberinin tövsiyələri

1. İşə roman yazaraq başlamayın. Roman yazmağınız çox vaxt aparar. Yazmağa həftəyə birini tamamlayacağınız qısa hekayələrlə başlayın. Bir il bu cür yazmağa davam edin. Ard-arda 52 pis hekayə yazmağınız mümkün olmadığına görə uğur əldə edəcəksiniz. (Rey Bredberi ilk romanı olan “Franqeytlə 451 dərəcə”ni otuz yaşında yazmağa başlayıb.)

2. Onları sevə bilərsiniz, amma onlar kimi ola bilməzsiniz. Qaçılmaz bir faktdır ki, bilərəkdən, ya bilməyərəkdən sevdiyiniz yazarları təqlid etməyə başlayacaqsınız. (Rey Bredberinin yazdıqlarının Herbet Uells, Jül Vern, Artur Konan Doyl və Laymen Frenk Baumun yazdıqlarına bənzədiyi kimi.)

3. Qısa hekayələrin xüsusiyyətlərini araşdırın. (Bredberi Roald Dal, Gi de Mopassan və bir az daha az tanınan Nigel Kneal və Con Kolyerin yazdıqlarına işarə edir)

4. Beyninizi doldurun. Bredberi gənc yazarlara yatmazdan əvvəl bir hekayə, şeir (amma müasirlərdən deyil, Aleksandr Pop, Uilyam Şekspir, ya da Robert Frostdan) və ya məqalə oxumağı tövsiyə edir. Məqalələrin arxeoloji, bioloji, zooloji, fəlsəfi, siyasi və ədəbi mövzularda olması vacibdir.

5. Sizə inanmayan insanlarla dostluğunuzu sona çatdırın. Yazmaq arzunuza adi baxırlar? Əgər belədirsə onlarla əlaqəni dərhal kəsin.

6. Kitabxanaya qapanın. Lənətə gəlmiş kompüterinizdən ayrılın! Bredberi universitet bitirməsə də, bitib tükənmək bilməyən oxumaq arzusu sayəsində 28 yaşında artıq “kitabxanadan məzun oldum” deyə biləcək qədər kitablardan faydalanmışdı.
Ardı →

Edqar Keretin yazıçılara “10 əmr”i

Edqar KeretYəhudi yazıçı Edqar Keret 1967-ci ildə anadan olub. İsraildə yaşayır, ivrit dilində yazır.

1. 
Mütləq sevərək yazın.
Yazarlar yazma müddətinin nə qədər çətin və əziyyətli olduğunu vurğulamağı sevirlər. Yalan deyirlər. İnsanlar həqiqətən xoşlandıqları bir şeyi edərək pul qazandıqlarını demək istəmirlər. Yazmaq başqa bir həyat yaşamağın yoludur-bir xeyli fərqli həyat yaşamağın. Əsla olmadığınız, amma içlərində tamamilə sizi əks etdirən insanların həyatını. Oturub bir səhifəylə üzləşməyə çalışdığınız-bacara bilməsəniz belə-hər dəfəsində həyatınızın üfüqünü genişləndirə bilmə fürsətinə sahib olduğunuz üçün şükür edin. Bu əyləncəlidir. Möhtəşəmdir. Dəyərlidir. Və heç bir halda kiməsə sizə bunun əksini inandırmağa icazə verməyin. 

2. Obrazlarınızı sevin.
Bir obrazın həqiqi ola bilməsi üçün dünyada ən az bir insanın o obrazdan xoşu gəlsə də, gəlməsə də onu sevməsi, anlaması  lazımdır. Yaratdığınız obrazların anası, atası sizsiziniz. Əgər siz onları sevməyəcəksinizsə, heç kəs sevməyəcək, bundan əmin olun.


Ardı →