Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz

«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Davamı →

Gecikməyə son

Bəzən avtomobilin xarab olması, tıxacda qalmaq, yatıb qalmaq və s. səbəblərdən vaxtında təyin olunan yerdə ola bilmirik. Bəziləri öz iradələrindən asılı olmadan, hər hansı bir hadisə nəticəsində gecikdikləri halda, bəziləri üçün bu artıq həyat tərzidir. Əslində problem bu həyat tərzinin işə, dərsə, münasibətlərimizə bağlılıq hissi göstərən cəmiyyətdə böyük şübhə ilə qiymətləndirilməsidir.

Əgər xroniki gecikmə həyatınıza ciddi şəkildə təsir edir və sizin həyat yolunuzu müəyyən edirsə, siz iş təklifləri, böyük imkanlar, dəyərli dostluqlar və daha bir neçə şeyi əldən vercəksiniz. Aşağıdakı tövsiyyələr sizə bu daimi vərdişin psixoloji aspektlərini aşkara çıxarmaq və ondan yaxa qurtarmaq üçün kömək olacaqdır.

Bəzi ölkələrin mədəniyyətləri üçün gecikmə normal və səciyyəvi xüsusiyyətdir. Əgər vaxta önəm verilən bir mədəniyyətdə yaşayırsansa, ən azı interaktiv həyatına təsir göstərə biləcək məqamlarda daha dəqiq olmalısan. Nəzərə alın ki, bütün bunlar sizin müdiriniz, övladızın müəllimi, iş intervyusu alan şəxslə münasibətlərinizə əsaslı şəkildə təsir göstərəcəkdir.
Ardı →

Gecikmək mədəniyyəti.

Gecikmək mill-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir. Umumiyyətlə gecikməyən insana bizdə bir az qeyri-ciddi yanaşırlar. Əlbəttə insan görüş yeriənə vaxtında gəlirsə, demək heç bir işi-gücü yoxdur. «Vallah təcili iş çıxdı, ona görə gecikdim» ifadəsi çoxunuza tanışdır. Bu bir daha bizim millətin nə qədər işgüzar olduğunu göstərir. Deyəsən yenə mövzudan yayınıram. Nəisə…
Ardı →