Toksikoz

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.

Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır.
Davamı →

Kegel gimnastikası

Uşaqlığın sallanması orta və yaşlı qadınlarda tez-tez təsadüf olunan problemdir. Onu həmçinin prolaps adlandırırlar, ağır dərəcələrdə isə uterotsele deyirlər. Bu vəziyyətə səbəb bilavasitə çanaq dibi əzələlərin gücünün və tonusun aşağı düşməsi, uşaqlıq bağlarının uzanması ilə uyğunlaşmasıdır. Buna görə də müalicəvi gimnastika uşaqlıq sallanması zamanı konservativ müalicənin və xəstəliyin profilaktikasının əsasıdır. Kegel kompleksinin – xüsusi seçilmiş hərəkətlərin müntəzəm yerinə yetirilməsi çanaq dibi əzələlərini möhkəmləndirir, prolapsın yüngül dərəcələrində isə hətta yerlərini dəyişən orqanların əvvəlki vəziyyətini bərpa edir.

Uşaqlıq sallanması nədir və onun nə təhlükəsi var?
Uşaqlıq sallanması onun cismi normal vəziyyətindən aşağıya doğru yerini dəyişdikdə deyilir. Prolapsın dərəcəsi artdıqca qonşu orqanlarda da dəyişikliklər yaranır. Uretranın, sidik kisəsinin və düz bağırsağın yerdəyişməsi və deformasiyası baş verir, uşaqlıq yolu isə yuxarı üçdə birindən başlayaraq konfiqurasiyasını dəyişir. Həmçinin kiçik çanaqda bütün törəmələrin qan axını pozulur, sidik axarları və yoğun bağırsağın funksiyalarında ikincili pozğunluqlar müşahidə olunur.
Davamı →

Yumurtalığın kistası ilə bağlı 13 sual

Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur. Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir.

1. Yumurtalıqların kistası kimdə yarana bilir?
Yumurtalıqların kistası gənc qızlarda və reproduktiv yaşlı qadınlarda (yəni klimaksın hələ başlamadığı qadınlarda) aşkar olunur. Bundan başqa, menstruasiyası hələ başlamayan bəzi qızlarda (adətən bu, anadangəlmə kistalardır) və menopauzanın ilk 5 illiyində bəzi qadınlarda da yumurtalığın kistasının yaranma riski olur.
Davamı →

Klimaks zamanı qadın hamilə qala bilərmi?

Klimaks sözü yunan dilindən «pillə» kimi tərcümə olunur. Bu hər qadının həyatında olan bir pillə, bir dövrdür.

Klimaks orta hesabla 45-50 yaşlarda başlayır. Güclü streslər, bəzi dərmanların qəbulu, bəzi cinsiyyət sistemi xəstəlikləri və patologilayarı, ağır sosial-məişət şərait, irsiyyət və bəzi digər amillər klimaksı tezləşdirə bilər. Statistika göstərir ki, siqaret çəkən qadınlarda klimaks 2 il daha tez başlayır.
Davamı →

Aybaşıların gecikməsinin 10 səbəbi

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

1. Hamiləlik
Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər. Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir. Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər.
Davamı →

Preeklampsiya

Hamiləlik zamanı nefropatiyaya düzgün müalicə və nəzarət edilmədikdə preeklampsiya baş verir. Hamiləlik preeklampsiyası zamanı mərkəzi sinir sisteminin fəaliyyətinin, beyin qan dövranının pozulması, beyin ödemi, kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri meydana çıxır. Bu zaman hamilələrdə aşağıdakı əlamətlər meydana çıxır:

– baş ağrısı
– ənsə nahiyyəsində ağırlıq hissi
– süstlük
– ümumi narahatçılıq
– mədə nahiyyəsində ağırlıq
– ürəkbulanma
– qusma
– görmə qabiliyyətinin pozulması
– üzün dərisinin qızarması
– burun və dodaqların sianozu
– arterial təzyiqin artması.
Davamı →

Spiralların müsbət və mənfi cəhətləri

Uşaqlıq daxili spiral (UDS, hamiləliyin qarşısını alan spiral) arzuolunmaz hamiləlikdən qorunmanın ən etibarlı və müasir üsullarından biridir. Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra hamiləliyin əmələ gəlmə ehtimalı təxminən 1,1% təşkil edir. Müasir uşaqlıq daxili spirallar kiçik, nazik plastik və ya metal qurğulardır. Bir kontrasepsiya üsulu kimi uşaqlıq daxili spiralın hansı üstünlükləri və çatışmazlıqları vardır?

Öz üstünlükləri sayəsində, uşaqlıq daxili spiral bütün digər kontrasepsiya üsulları arasında xüsusi yer tutur:
— Arzuolunmaz hamiləliyin qarşısının alınması baxımdan spiralın yüksək effektivliyi hamiləliyin qarşısını alan hormonal tabletlərlə müqayisə oluna bilər və 99% çatır və hətta ötür.
Davamı →

Erkən menopauza


Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bilərik?

Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetikfaktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal «erkən menopauza» olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Erkən menopauzanın başlaması nədən asılıdır?
Menopauza keçirmə yaşını bildirən ən əsas göstəricilərdən biri, qadının anasının və ya xalası kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühüt çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan diğər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyifki mümkün deyil. Ancaq bir də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə tanış edir.
Davamı →

Uşaqlıqdaxili spiral və hamiləlik

Əgər uşaqlıq daxili spiral gəzdirirəmsə mən hamilə qala bilərəmmi?
Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.

Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir. Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər.

Davamı →

Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistozu nədir?
Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PKYS). PKYS zamanı zamanı yumurtalıqlarda çoxlu sayda xırda-xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.

Yumurtalıqların polikitozunun səbələri hansılardır?
Yumurtalıqların polikistozunun səbəbləri hələ sona qədər tam aydın deyil. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır).
Davamı →