Toksikoz

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər.

Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır.
Davamı →

Yumurtalığın kistası ilə bağlı 13 sual

Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur. Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir.

1. Yumurtalıqların kistası kimdə yarana bilir?
Yumurtalıqların kistası gənc qızlarda və reproduktiv yaşlı qadınlarda (yəni klimaksın hələ başlamadığı qadınlarda) aşkar olunur. Bundan başqa, menstruasiyası hələ başlamayan bəzi qızlarda (adətən bu, anadangəlmə kistalardır) və menopauzanın ilk 5 illiyində bəzi qadınlarda da yumurtalığın kistasının yaranma riski olur.
Davamı →

Vaginal bölgədə qaşınmanın səbəbi

Maya göbələyi vaginanın içində az sayda olan bir göbələk növüdür. Bu göbələyin həmin bölgədə çoxalması infeksiyaya səbəb olur. Bu tez-tez olan və qadını narahat edən vəziyyətdir.

Vaginal göbələk infeksiyasının səbəbləri nələrdir?
Bu tip infeksiyalara kandida adında bir göbələk növü səbəb olur. Sağlam vaginanın içərisində bir çox bakteriya və az sayda göbələk hüceyrəsi olur.

Simptomları nələrdir?
Göbələk infeksiyası vagina bölgəsində qaşıntı və ya göynəməyə səbəb ola bilir. Cinsi əlaqə və ya sidiyə getmə zamanı yanma və ya ağrı hissi yarada bilir. Bu simptomların çoxu, ümumiyyətlə, menstruasiya dövründən bir həftə əvvəl özünü göstərir. Lakin qadınlarda tez-tez görülən genital bölgənin qaşınması hər zaman göbələk xəstəliyinin əlamətləri olmur. Türkiyəli mütəxəssis İlker Günyeli vaginal qaşınmanın hansı hallarda hansı xəstəliyin əlaməti ola biləcəyinə dair məlumatlar verib. Türkiyə mətbuatına istinadən həmin məlumatları təqdim edirik:
Davamı →

Qadın xəstəlikləri

  • Qadın
Qadınlar ginekoloji xəstəlikləri barədə bəzən öz rəfiqələrinə belə danışmaq istəmirlər.Bəzilərinin isə bu xəstəliklər və onların fəsadları barədə heç məlumatları belə yoxdur.

Ginekoloji xəstəliklərin növləri:
Bu xəstəliklərə 70% qadılarda rast gəlinir.Xəstəliklər uşaqlıq və uşaqlıq artımlarında,endometriumda və endokrin pozulmalarla əlaqədar olaraq aybaşı pozğunluqlarında özünü göstərir.Qadın cinsiyyət orqanlarının xəstəlikləri arasında iltihabi və onkoloji xətəliklərə də rast gəlinir.

Davamı →

Xorinonepitelioma

Xorinonepitelioma qadın cinsiyyət orqanlarının bəd xassəli şişlərindən olub,döl yumurtası elementlərindən yaranır.Xorinonepitelioma uşaqlıq boşluğunda, bəzən isə uşaqlıq əzələlərinə düyünlər şəklində inkişaf edir.

Klinikası
Xəstəliyin əsas simptomu cinsiyyət yolundan qanlı ifrazat və qanaxmanın olmasıdır. Qanaxmalar adətən residivverici xarakter daşıyır. Belə ki,qanaxmaların şiddəti bəzən azalır və kəsilir, bəzən isə yenidən başlayır. Düyünlər submukoz yerləşdikdə qanaxmalar az olur. Uşaqlıq yolunda metastazlar olduqda isə xəstələrdə güclü profus qanaxmalar baş verir. Şişin uşaqlıqdan qarın boşluğuna doğru artması zamanı qanaxmalar daha şiddətli ola bilir. Xəstələrdə əmələ gəlmiş şiş toxuması infeksiyalaşmış olduqda xəstələrdə temperatur yüksəlir. Bu zaman xəstələrin qanında EÇS-in yüksəlməsi qeyd edilir.
Davamı →

Ailələrin kabusu - Vaginizm


Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq.

Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir.
Davamı →

Bartolinit

Bartolinit çox yayımış qadın cinsiyyət sistemi xəstəliyi sayılır. Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.

Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye ifraz etmək və uşaqlıq yolunu nəmləndirməkdir.

Bəzən müxtəlif səbəblərə görə vəz iltihablaşa bilər, onun axarı tıxaclanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur (bir vəz iltihablaşır).

Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına əlavə analizlər də təyin olunur — yaxmanın analizi və s.


Ardı →

Vaginizmin müasir müalicəsi

Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması — spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.

Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.

Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu boşanmada görür… Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət çəkən qadınlar daha yaxşı bilir…


Ardı →

Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər

1. Uşaqlıqdan kənar hamiləlik normal inkişaf edib uşağın dünyaya gəlməsi ilə nəticələnə bilməz. Bu birmənalıdır.

Uşaqlıqdan əlavə qadın orqanizmində uşağın inkişafı üçün uyğun olan orqan yoxdur. Bəzən eşidmək olur ki, hansısa qadının qarın doşluğunda uşaq inkişaf edib və sağlam doğulub. Bu cəfəngiyatdır. Dölün inkişafı üçün qidalı maddələr və oksigen lazımdır. Bunun üçün mayalanmadan sonra döl uşaqlığa düşür və uşaqlığın divarına implantasiya edir (bərkidilir). Bu yerdə kapilyarlar və damarlar əmələ gəlir və daha sonra cift formalaşır. Bu damarların vasitəsi ilə döl uşaqlıqdan ona lazım olan maddələri alır.

2. Bəzi qadınlar fikirləşir ki, hamiləliyin əvvəlində qarının aşağı hissəsində olan ağrılar və qanlı ifrazatlar normal haldır. Lakin bu belə deyil. Bir çox hallarda belə ağrılar və ifrazatlar uşaqlıqdan kənar hamiləliyin ilk simptomlarıdır. Bu səbəbdən özündə bu kimi simptomları aşkar etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir.


Ardı →

Uşaqlıq yolundan yaxma və onun nəticələri

Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın «bakterioloji yaxma» adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir.

Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür. Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda «yaşayan» mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.

İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər «yaşayır». Bu normal haldır.

Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər «yaşayır». Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.

Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır. Turş mühit qadının ginekoloji sağlamlığı üçün çox vacibdir — xəstəliklər törədən barkerilərin çoxalmasına mane olur. Beləliklə, uşaqlığın xeyirli mikroflorası uşaqlığı ziyanlı bakterilərdən qoruyur.


Ardı →