Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: «Ailəm» jurnalı

OxAtan = >

darts oyunuBaşlığı görən kimi elə bildiniz ki, bürclərdən yazmışam..,??? )))) Bax burda
yanılırsınız.İndi isə yaxın əyləşin və əgər həvəsiniz varsa mənim məlumatımı sonuna qədər oxuyun.birdən lazım olar.
Sözün düzü bu mövzu haqqında yazmaq heç fikrimdən keçməmişdi.Sadəcə olaraq son vaxtlar «darts» sözüylə yaman tez-tez rastlaşırdım.Maraqlandım ki, bu söz nə ifadə edir.Əslində bir idman növü olduğunu bilirdim.Amma konkret hansı idman növüdür?? bax onu bilmirdim. Və bir az araşdırma aparandan sonra sizə bu idman növü haqqında məlumatları çatdırmağı qərara aldım.Yəqin ki, çoxunuz bu haqda bilirsiniz.Amma bilməyənlər də az deyil.Mən öyrəndim.İndi də yazım ki,qoy bilməyənlər də bilsin.Beləliklə…

Ardı

3. Hədəf müəyyənləşdirmək

Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski


Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün «Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim», — deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.



Ardı