Hamiləlik testləri ilə bağlı 10 qeyd

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir — onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.

2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
Davamı →

Hamiləlik təqvimi

1. Hamiləliyin 1-ci həftəsi


Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür.


Ardı →