Hamiləlik zamanı dəridə çapıqlar

Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər orqanizmin bütün orqan və sistemlərini əhatə edir.

Hamiləlik zamanı və doğuşdan sonra bir çox qadınları qarın, döş, sağrı, bud nahiyələrində əmələ gəlmiş ağ zolaqlar narahat edir.

Bu zolaqların (onları «striya» da adlandırırlar) əmələ gəlmə səbəbləri hamiləlik zamanı dərinin güclü dartılmasıdır. Dartılmış dərinin iç qatı gərginliyə dözməyə bilər ki, nəticədə partlayır, cırılır. Dərini bərpa etmək üçün orqanizm bu yerə birləşdirici toxumadan ibarət  olan «yamaq» qoyur. Əvvəl bu yerlər çəhrayı və ya tünd qırmızı, vaxt keçdikcə isə ağ rəng alır. Birləşdirici toxumada piqment yoxdur. Bu səbəbdən çapıqlar dəridən seçilir, qadın «zaqar» alanda, çapıqlar ağ qalır.
Davamı →

Analara uyğun geyim qaydaları

Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir.

Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır:

Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur.
Davamı →

Hamiləlik zamanı düyünün faydaları

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.
 
Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.
 
Hamiləlik zamanı qadınlar dəmirə normaldan iki qat daha çox ehtiyac duyur. O baxımdan hamiləliyin son aylarında yeyilən düyü çox faydalıdır.
Davamı →

Gec yaşda hamiləliyin riskləri

Ana olmaq yaşı gedərək yüksəlir. Qadınların karyera arzusu ailə, körpə planlarının daha irəli yaşlara təxirə düşməsində mühüm rol oynayır. Buna görə 30 yaş və sonrası yaşanan hamiləliklərin düzgün dəyərləndirilməsi, müntəzəm yoxlanışlar ana və körpə sağlamlığı üçün vacibdir.
Hamiləlik üçün ən ideal yaş 20-30 yaş aralığıdır. 35 yaşdan yuxarı hamilələrdə “irəli hamiləlik” adı ilə risklər daha çox olur. Xroniki xəstəliklər həm irəli yaş hamilələr, həm də körpələr üçün risklidir.
 
Anada hamiləlikdən əvvəl yüksək təzyiq, ürək, şəkər xəstəliyi kimi xroniki problemlər olarsa, hamiləlikdə risk artır. Analıq yaşının müəyyən həddi var və bu hədd keçilərsə, ana və körpəni müəyyən risklər mütləq gözləyir.
 
Davamı →

Doğuşdan sonra qadınları nə narahat edir?

Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın ziyanlı olub-olmaması və s. Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.

1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən, doğuşun necə keçməsindən (təbii doğuş və ya qeysəriyyə kəsiyi, asan və ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.

Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.

2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır. Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir). Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar, tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).


Ardı →

Bronxial astma və hamiləlik

Əvvəllər belə hesab olunurdu ki, hamiləlik astmadan əziyyət çəkən qadın üçün ciddi risk faktorudur.

Astma xəstəliyi olan qadınlara (xüsusilə xəstəliyin ağır formalarında) ümumillikdə hamilə qalmaq tövsiyə edilmirdi.

Müasir tibbdə astma xəstəliyi haqqında olan təsəvvür və onun müalicə prinsipləri xeyli dəyişilib. Hal hazırda belə hesab olunur ki, astma xəstəliyi olan hamilə qadının problemləri xəstəliyin mövcudluğu ilə deyil, bu xəstəliyə düzgün olmayan və ya kifayət etməyən nəzarətlə bağlıdır.

Döl üçün əsas risk faktorlardan biri hipoksiya (qanda oksigenin kifayət olmaması) sayılır. Hipoksiya dölün inkişafının pozulmalarına səbəb ola bilər. Astma xəstəliyinə düzgün nəzarət olunmadıqda hamilə qadında boğulma tutmaları inkişaf edir. Bu zaman bronxların kəskin spazmına görə qadının nəfəsalması pozulur.

Nəticədə həm hamilə qadın, həm də döl əziyyət çəkir. Təbii ki, belə boğulmaların sayı artdıqca hamiləliyin proqnozu da pisləşir, yəni hamiləliyin normal gedişatı pozula bilər (ağır toksikoz, hamiləliyin pozulmasının təhlükəsi və s.), uşaqda inkişaf pozulmalarının riski artır. Bu xüsusilə hamiləliyin əvvəlində təhlükəlidir ki, bu dövrdə uşağın əsas orqan və sistemlərin təməli qoyulur.


Ardı →

Sonsuzluğa səbəb yoxdur. Bəs hamiləlik niyə baş tutmur?

Bir çox ailə cütlüklərini bu sual narahat edir.

Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından «bir xəbər var?» soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət  daha da artır, cavan ailənin «problemi» daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır.

Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stess vəziyyətinə düşən qadında «psixogen sonsuzluq» inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləliyin ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?


Ardı →

Hamiləlik dövründə hansı musiqilərin faydası var

  • Qadın

Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.

Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının — nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.

Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.

Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir — sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.


Ardı →

Dölün tərpənməsi

Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.

Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.

Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçikdir və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır.

İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə — 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.

Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.


Ardı →

Hamiləlik zamanı qripp

Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Bu fizioloji prosesdir.

Məsələ burasındadır ki, insanın immun sistemi orqanizmi yad hüceyrələrdən qoruyur və bu hüceyrələri məhv edir. Qadının orqanizmində inkişaf edən döl də onun immun sistemi  üçün «yaddır» (axı onun hüceyrələrinin yarısı atanındır). Məhz bu səbəbdən hamiləlik zamanı qadının immun sistemi zəifləyir ki, dölə ziyan vurmasın.

Lakin bu zəifləmə qadına ucuz başa gəlmir.Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərinə tutulur. Hamilə qadınları daha tez-tez herpes narahat edir (dodalqrın üstündə, ağız boşluğunda kiçik xoralar əmələ gəlir), göbələk infeksiyası «baş qaldırır» (cinsi yollarından ağ kəsmiyə bənzər ifrazatlar çoxalır).


Ardı →