Hamilə ikən uşaq əmizdirmək olar?

Bəzi qadınların süd verə-verə yenidən hamilə qalmaqları mümkündür. Belə halda bəziləri, birinci körpəyə süd verilməyin zərərli ola biləcəyini qeyd edirlər. Bu səbəbdən qadınlar uşağı süddən kəsirlər.

Mütəxəssislər isə bunun tamamilə yanlış olduğunu bildiriblər. Onlar, sadəcə gələn südün azala biləcəyini qeyd edirlər. Qatılığı dəyişə biləcəyi üçün bu, körpə tərəfindən sevilməyə bilər. 
Davamı →

Uşaq ana bətnində niyə təpik atır?

Uşağın ana bətnində müəyyən aylarda hərəkət etməsi normal qarşılansa da, onun bəzən təpik atması ananı qorxuya salır. 

Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın «Inserm” şirkətindən olan həmkarları ilə birlikdə araşdırıblar.

Məlum olub ki, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər.

Elm adamları gör, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə — ana bətnində.

medicina.az
Davamı →

Qış aylarında hamiləlik

Qış aylarında daha sağlam və gümrah hamiləlik keçirmək üçün bir sıra məqamlara diqqət edilməlidir. 
Medicina.az xəbər verir ki, qış mövsümündə soyuq və qrip infeksiyaları ən çox hamilələrə təsir edir. Buna görə də bəzi onlar daha çox diqqətli olmalıdırlar.

Yetərincə havalandırılmayan otaqlar hamilə qadınlar üçün böyük təhlükə yaradır. Qış mövsümündə evin qapalı qalması səbəbindən təbii qaz, toz, tütün tüstüsü hamilə qadınların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən də evi hər gün havalandırmaq lazımdır. 
Davamı →

Mən abort tərəfdarıyam

Başdan söyləyəcəm. Mən abort tərəfdarıyam. Hətta artığını söyləyəcəm. Məncə, bətnindəki cənini (yəni hələ insan sayılmayan o canlını) xaric etmək (əslində isə öldürmək) qadının haqqıdır.

Əslində ciddi problem ilə qarşı-qarşıya qalmışam. Heç kəsin, hətta istənməyən hamiləliyin sonlanmasını, kiminsə zərər görməsini istəmirəm. Amma… Amma qarşımızda bir qadın var. Təsadüfən və ya bəlkə də istəyərək qarnındakından qurtulmaq istəyir. Nə edərsiniz?
Davamı →

Hamiləlikdə orqanizmdə baş verən dəyişikliklər

Bulantı və qusma: Günün erkən saatlarında başlayır. 6-cı hamiləlik həftəsində baş verir və 6-12 həftədən sonra özbaşına itir. Həddindən artıq ürək bulanma və qusmalardan çox döllü hamiləlik, guatr və ya mol hamiləlik ağla gəlir. Bu ürək bulanma və qusmanın səbəbi sürətlə yüksələn hCG adı verilən hamiləlik hormonudur.

Sidiyə getmə pozuntuları: Birinci trimesterdə (ilk üç ayda) böyüyən uterusun (rəhm), mesane üzərinə basqı səbəbi ilə tez-tez sidiyə getmə ehtiyacına gətirib çıxarır. Hamiləlik irəlilədikcə bu şikayətlər itər ancaq hamiləliyin sonuna doğru təkrarən ortaya çıxır.
Davamı →

Hamiləlik zamanı tonus

Tonus – hamiləliyin istənilən vaxtı yarana biləcək ən çətin hallardan biridir. Bu diaqnozdan qorxmaq o qədər də lazım deyil, çünki bu diaqnoz demək olar ki, həkimlər tərəfindən hər ikinci hamilə qadına qoyulur və hamiləlik müşahidə altında saxlanılaraq normal keçilir.

Lakin o demək deyil ki, bu vəziyyətə çox yüngül baxıb onu nəzarətsiz saxlamaq lazımdır. Qeyd edək ki, tonuslu hamiləlik nəticəsində düşüklər baş verə bilər və hamilə qadınlar körpələrini itirməklə üz – üzə qala bilərlər.
Davamı →

Körpənin inkişafına mənfi təsir edən qidalar

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, hamiləlik zamanı yağlı qidaların həddindən artıq istehlakı gələcək uşağın beyninə və endokrin sisteminə ciddi ziyan vurur.

Nəticədə uşaqda bəzi sinir-psixiki pozulmaların riski artır.

Global Look Press xəbər verir ki, alimlər meymunlar üzərində eksperiment aparıblar. Hamilə meymunlar 2 qrupa ayrılıb. Onların bir qrupu hamiləlik boyu çox yağlı, digər qrupu sağlam qida alırdı. Birinci qrupunda olan meymunların balaları 2-ci qrupla müqayisədə daha əsəbi və narahat olub, onların iştaha, yuxu və yaddaşla problemləri müşahidə olunurdu.
Davamı →

Hamiləlikdə dəri dəyişiklikləri

  • Qadın
Hamiləlik dövründə görünən hormonal aktivlik bədənimizdə bir çox funksiya və xarici görünüş dəyişikliklərinə səbəb olur.

Bu zaman müddətində dəridə də dəyişikliklər baş verir. Hamilə qadında hansı problemlərin olub-olmayacağını qabaqcadan müəyyən etmək mümkün olmur. Ana olmağa hazırlaşan bəzi qadınlarda hamiləlik dövründə heç bir dəri problemləri olmasa da, bəzilərində isə ləkələr, dəri quruluğu, qarında çatlar, qaşıntı və s. kimi problemlər ortaya çıxa bilir. Bu cür dəri problemləri sırf hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı və ya daha öncədən olan dəri xəstəliklərin şiddətlənməsi ilə bağlı ortaya çıxa bilər.
Davamı →

Hamiləlikdə neçə kilo alınmalıdır?

Hamiləlik üçün başlanğıcda ideal kilosundan artıq olan xanımlar daha az kilo almaq istəyərkən, ideal kilosundan az olan xanımlar körpələrinin inkişafı üçün daha çox kilo almaq istəyirlər.

Hamiləlikdə çəki artımının izlənməsi çox böyük əhəmiyyət kəsb edir. İdeal kilosunda olan bir ana namizədi üçün məsləhət vermək lazımdırsa: ilk üç ay müddətində hər ayda 0.5-1 kilo, sonrakı aylarda isə 1.5-2 kilo çəki artımı normaldır. Hamiləlik müddətində ananın ümumi ağırlığı 10-14 kilo, ortalama 12.5 kilo artmalıdır.
Davamı →

Hamiləliyin yaxşı tərəfləri


Hamiləlik bəzən qadınlar üçün uzaqdan qorxuducu ola bilir və bu səbəbdən uşağın doğulmasını gecikdirən cütlüklərin də sayı çoxdur. Ancaq hamiləlikdə rast gəlinən çətinliklərlə yanaşı həyatı hamilə qadınlar üçün daha gözəl hala gətirən səbəblər də var. Belə ki, sadəcə böyüyən qarın, artıq çəkilər, ağrılar deyil, sizə xoşbəxtlik verən bir çox şey də hamiləliklə birgə gəlir və uşaq sahibi olmağın həyəcanına hamilə olmağın gözəlliyi də əlavə olunur.
Davamı →