".........mən əminəm ki,hər nə olur olsun sən mənim əlimi buraxmayacaqsan"

Ata və balaca qızı körpüdən keçirdilər.Ata qızına:-Gözəl qızım çayı keçirik,sən mənim əlimdən bərk-bərk tut ki,birdən çaya yıxılarsan.Qızı isə etiraz etdi:-Yox,atacan.sən mənim əlimdən tut.Ata bir az maraqla və təəccüblə soruşdu:-Fərqi nədiki?-Fərqi çoxdur.Əgər mən sənin əlindən tutsam mənə birşey olan kimi sənin əlindən buraxacam.ama sən mənim əlimdən tutsan mən əminəm ki,hər nə olur olsun sən heç vaxt mənim əlimi buraxmayacaqsan. P.S.Bütün əlaqələrdə əsas olan qarşındakına güvənməkdir.Qarşımızdakılara nə qədər güvəniriksə onlardan gözlədiyimizdə o qədərdir.Buna görə sevdiklərinizlə diqqətli olun ,Birinci addımı özünüz atın.Dünyaya sahib olduğunuzun ən gözəlini verin, VƏ ən gözəl olan yenidən sizə dönəcək.SEVDİKLƏRİNİZƏ DƏYƏR VERİN.

  


Davamı →

O məktubu heç vaxt oxumadı.

Cümə axşamı idi. Ella indicə Stiv-i görmüşdü və o çox xoşbəxt idi. Stivdən başqa, hamı bilirdi ki, Ella üç ildi onu sevir, ancaq heç vaxt ona deyə bilmirdi. İstər-istəməz, nə vaxt Stivi görürdüsə, o gülümsəyirdi. Stiv həmişə onun üzünü təbəssümdən əskik etmirdi. Hər gecə onun haqqında fikirləşərdi, və onların birlikdə olmasını arzulayardı. Ancaq bu gün, o daha çox xoşbəxt idi, çünki üç gündən sonra, Ellanın ad günü olacaqdı və o Stivi də dəvət edəcəkdi. Biologiya dərsindən sonra, Ellanın ən yaxın dostu, Ceyn Stivi bir yana çəkdi və Ellanın ad günü haqqında ona dedi. Ceyn ona dedi ki, Ella ilə dost kimi görüşə getsin. Ceyn ona dedi ki, Ella dünyanın ən xoşbəxt qızı olacaq, əgər sən bunu etsən. O soruşanda ki, niyə Ceyn ona hər şeyi dedi. O məmnuniyyətlə Ellanın ad günündə onu dost kimi restorana aparmağı qəbul etdi.


Ardı →

Allaha məktub

Yaşlı kasıb bir qadın var idi.Artiq o bu həyatdan tamamilə əlini üzmüşdü.Bu dünyada heç bir dayağı,köməyi yox idi.Sonunda o qərara gəlir ki, allaha məktub yazsın.Məktubu yazıb poçt qutusuna atır.Poçtalyon məktubları götürüb hamisini üzərində göstərilən ünvanlara payladı.Lakin onun əlində qalmış son mektubun üzerinde ünvan yox idi. Sadəcə bu sözlər yazılmışd«Allaha məktub''.Poçtalyon bu yazını oxuyub təəccüblənir və marağı ona üstün gəlir. O məktubu açıb oxuyur.Qadın yazdığı məktubda allahdan imdad diləyir  15manat pul istəyirdi.


Poçtalyonun bu mektubu yazan şəxsə yazıği gəlir və o,qərara alır ki,öz yoldaşları ilə birləşib şəxsin ehtiyacı olan pulu düzəltsinlər.Lakin pulun hamısını yığa bilmirlər.Onlar öz aralarında 14manat yığa bilirlər.Yığdıqları pulu zərfə qoyub üzərinə allahdan cavab yazırlar.Nəhayət zərf qadına çatır.Qadın zərfi açıb rəbbinə müraciət edir:


-Ya rəbbim sənə minnətdaram səsimi eşitdin.Ancaq səndən bir xahişimdə var.Mənim pulumu poçtalyonla göndərmə.Çünki o mənim pulumun üstündən 1 manat götürüb!


Davamı →

Iki yolçu


Bir zamanlar bir yolçu dağların ətəklərində, qalın bir qar təbəqəsiylə örtülü, az istifadə olunan bir cığırla təkbaşına yürüyürdü. Qar daha da bərk yağır, yol gedərək daha təhlükəli olmağa başlayırdı.

Nəhayət, yolçu soyuğa dözə bilməyəcək hala gəldi və yerə yıxıldı. Amma bəxti varmış, eyni yoldan ikinci bir yolçu keçirdi və o birinin durumunu görüncə çox üzüldü. Onu yerdən qaldırdı və özünə gətirəcək bəzi şeylər verdi.
Ardı →

"Təşəkkür"

Əli bəy, bazardakı bir kafeyə oturdu. Yanına gülər üzlü qarson yaxınlaşdı..
«Buyurun cənab» dedi. Əli bəy qarsonun sualını cavablandırmadı cibindən bir qələm bir kağız çıxardı. Kağıza «Mən bir dilim tort və bir limonad istəyirəm qızım» yazdı.Qızım mən nə eşidirəm nə də danışa bilirəm deyə əlavə etmişdi sifarişinin sonuna. Gənc qız vəziyyəti anladı və kağıza «Yaxşı cənab» yazdı.
Əli bəy altmış yaşlarda, həyat yoldaşını itirmiş çox varlı biri idi. Xaricindən onun zəngin olduğuna dair heç bir əlamət yox idi. 
Gənc qız bir az sonra sifarişi gətirdi. Üzü gülər şəkildə sifarişini masaya qoydu. Masadakı kağıza " Nuş olsun cənab" yazdı və digər sifarişlərə yetişmək üçün tələsik qaçdı. Kafenin xeyli müştərisi vardı. Günorta dolub daşıyırdı. Kafe sahibi yaxşı qazanırdı.
Ardı →