İşgüzar görkəmdə buraxılan 10 səhv

Bəzən iş rejiminiz “cəhənnəmi” əvəz etsə də, görkəminizə mütləq diqqət yetirməlisiniz. Kişilərin işgüzar görkəmlərində buraxdıqları səhvlər bunlardır:

1. Bel çantası (pюкзак)
Unutmayın ki, siz karyera pilləkənlərini qalxmağa çalışırsınız, dağa yox. Çalışın bel çantasını daha klassik ya da ən azından “messenger bag” tipli çantalarla əvəzləyin. Yox əgər idman çantası sizin üçün vacibdir isə, bu zaman daha bahalı və şık görkəmli çantaya müraciət etməlisiniz.

2. Rəng çoxluğu və ya qışqıran rənglər
Rəng çoxluğu yalnız kinoaktyorlarda yaxşı görsənir. Siz isə maksimum 3 rəngdən istifadə etsəniz yaxşı olar.
Davamı →

İşi dəyişmək qorxusu

İşi dəyişmək fikri əl-qolunuzu bağlayırsa və öz gücünüzə əminisizliklə bağlı əzab çəkməyə vadar edirsə narahat olmayın. Həqiqətən də irəli getmək və seçdiyiniz fəaliyyət sahəsi üzrə uğura nail olmaq istəyirsinizsə bu qorxunun öhdəsindən gəlmək mümkündür.

Alimlər belə hesab edir ki, beyin işi dəyişməyi həyata təhlükə doğuran hadisə kimi qavrayırlar. Bu və ya digər hadisə ilə bağlı stress səviyyəsini ölçən The Holmes-Rahe Stress Inventory şkalasına əsasən, işi dəyişmək 20 ən ağır həyat vəziyyəti siyahısına daxildir.
Davamı →

Hansı əlamətlər sizi işdən qovmaq istədiklərindən xəbər verir?

Bu əlamətləri əvvəlcədən qeydə almaqla işdən azad olunmağa mənəvi şəkildə hazırlaşmaq və rezümenizi daha tez yeniləmək şansınız olacaq.

Rəhbər şəxs tapşırıqlar üzrə hesabatları onları icra edə bildiyiniz müddətdən əvvəl tələb edirsə
Belə bir vəziyyətlə qarşılaşmısınızsa, deməli, rəhbər şəxs sizə sınaq müddəti təyin edib və işinizi daha diqqətlə və yaxından izləyəcək. Elə isə problemli məsələlərin həllinə başlayın. Böyük ehtimalla o, gün ərzində irəliləyişlərinizi görmək istəyəcək. Müdirin təyin etdiyi müddət ərzində vəziyyəti yaxşılığa doğru dəyişə bilməyəcəyinizi hiss edirsinizsə, narahatlıq doğuran bir məsələ də budur.
Davamı →

İş masasında səliqəsizlik işin effektivliyini artırır

Yəqin ki, bir çoxlarımız iş masamızın üzərindəki səliqəsizlik ilə bağlı müdirin iradlarını dinləmişik. Müdirlər belə hesab edirlər ki, masamızın üzərindəki “zibillər” fikir qarışıqlığı yaradır və işçiyə öz öhdəliklərini effektiv şəkildə icra etməyə mane olur. Lakin belə məlum olub ki, bu, heç də belə deyil.

Hər şey əksinədir. Belə ki, Groningen universitetinin alman alimlərinin bir sıra araşdırmadan sonra gəldiyi nəticəyə görə, iş masasında səliqəsizlik və qarışıqlıq iş effektivliyini endirməməklə yanaşı, əməkdaşın kreativ düşünməsinə də kömək edir.
Davamı →

Düzgün işçini necə seçmək lazımdır?

İşçi heyətinin toplanması zamanı düzgün insanlar əhəmiyyətli dərəcədə şirkətin uğuruna təsir edə bilər.

Şirkətinizin nə ilə məşğul olmasından və hansı xidmətlər təqdim etdiyindən asılı olmayaraq, şirkətə lazımi işçilərin seçilməsi hər zaman biznes üçün ən vacib tapşırıqlardan biridir. Uğurunuz demək olar ki, bütünlüklə lazımlı, məqsədli namizədlərin işə cəlb edilməsindən asılıdır.

Devid Oqilvi demişdi: “Hər kəs şirkətə özündən “kiçik” insanı işə götürsə o “cırtdan” şirkət olaraq qalacaq. Yox əgər hər kəs şirkətə özündən daha “böyük” əməkdaşı cəlb etsə həmin şirkət “nəhəng” şirkət olmalıdır.

Aşağıda məşhur sahibkarların əməkdaşların motivasiya edilməsi və lazımi namizədlərin işə cəlb edilməsi ilə bağlı və arzusunda olduğunuz güclü komandanı yaratmağa kömək edəcək ən məşhur sitatlarını təqdim edirik:
Davamı →

İş vaxtı istirahət üçün məsləhətlər

Fasilə – bu vacibdir. Bunun ilk öncə lazım olduğunu anlamaq lazımdır. Fasilə işdən diqqətinizi yayınlandırır, beyninizi “təmizləyir”, sağlamlığınıza vacibdir. Yaxşı istirahət=yaxşı iş=yaxşı pul.

Heç bir şey etməyin. Fasilə zamanı heç bir iş barəsində düşünməyin. Xırda işlər, ediləcək işlərin planı- bunlar hamısı fasilədən sonra.

Fərqlilik. Fasilə zamanı işinizə tam tərs olan işlərlə məşğul olun. Bütün günü ayaqüstə olursunuz – oturun. Fiziki işlə məşğul olursunuz – krossvord tapın. Bütün günü oturursunuz – daha çox hərəkət edin.
Davamı →

İş görüşməsində bu cümlələri qurmayın

Məşhur «Buzzfeed» portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.

1. Üzr istəyirəm, tıxac var idi
İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, «yox» cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.

2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var
Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.
Davamı →

İşdə diqqətsizlik sindromu

Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.

Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur.
Davamı →

6 addımda istədiyinizi əldə edin

Nədənsə özümüzü hər istədiyimizi əldə edə bilməyəcəyimizə inandırmışıq. Bu düşüncəni mənimsəmiş olsaq da, ətrafımızda ağlına qoyduğu hər şeyi edən, istədiyini əldə edən bir çox insan var. Bəs bunu necə edirlər? Hüquqşünaslar kimi insanları asanlıqla razılığa gətirə bilən və adətən, istədiklərini əldə etməyi bilən insanların vərdişlərinə nəzər salaq.

Konkret danışmaq!
İnsanlar hələ zehin oxumağı kəşf edə bilmədiyi üçün ağlınızdan nə keçirsə, konkret şəkildə deməlisiniz. Konkret olaraq ifadə edə bilmədiyiniz şeylərin həyata keçməsini gözləmək elə də məntiqli deyil. Öz ehtiyaclarınızı müəyyən edib, istəklərinizi açıq şəkildə dilə gətirmək üçün əvvəlcə özünüzə güvənməlisiniz. Dəqiq ifadələrlə nə istədiyinizi bildirdikdə qarşınızdakı insanları razı salmağınız və istədiyiniz şeyi almağınız asanlaşacaq.

Davamı →

Gözəlliyin karyerada rolu

Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.

Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.

Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.

Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.

Nəticədə  zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.

Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.