Müasir İblis

 
"İblis nədir? 
                  — Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar — yerin altına.

Cavidan Hacıyev

İlahi dinlərdə iblis və şər qüvvələr


İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur.
Yəhudiliyə nəzər salsaq «Tövratda İlahi varlılar» adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu «ilahi varlıqlar»ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1-23).
Davamı →

İblislə sövdələşmə | Mark Tven

Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı.


Ardı →