İbn Sinanın möcüzəvi tibbi sınaqları

Ucsuz-bucaqsız səhrada hərəkət edən üç insanın necə əldən düşməsi kölgələrindən də bilinirdi. Sürünən kölgələr sanki neçə gün idi ac-susuz yol gələn, azuqələri tükənən üç insan haqqında rekviyem oxuyurdu… “Kimsə dayanmalı, kimsə ölməlidir...” — deyirdi kölgələr. Üç nəfərdən birinin gözü yanındakı yolyoldaşından ayrılmır. Diqqətlə onun yorğun vücuduna, çuxura düşmüş gözlərinə baxır. Bu gözlərin bir vaxtlar alışdığı zamanı, yəni həmin insanın on yaşı olduğu vaxtı xatırlayır.

Davamı →

İbn Sinanın ölümdən qurtuluşu

Ucsuz-bucaqsız səhrada hərəkət edən üç insanın necə əldən düşməsi kölgələrindən də bilinirdi. Sürünən kölgələr sanki neçə gün idi ac-susuz yol gələn, azuqələri tükənən üç insan haqqında rekviyem oxuyurdu… “Kimsə dayanmalı, kimsə ölməlidir...” — deyirdi kölgələr. Üç nəfərdən birinin gözü yanındakı yol yoldaşından ayrılmır. Diqqətlə onun yorğun vücuduna, çuxura düşmüş gözlərinə baxır. Bu gözlərin bir vaxtlar alışdığı zamanı, yəni həmin insanın on yaşı olduğu vaxtı xatırlayır.
Davamı →

İbn Sinadan sağlamlıq haqqında qiymətli tövsiyələr

Buxara əmiri İbn Sinanı 16 yaşında onu müalicə etməyə dəvət edir. Və o vaxtdan bəri İbn Sina bir çox Şərq hökmdarlarının şəxsi həkimi olub. Təəccüblü deyil ki, müasirləri onu «həkimlərin şahzadəsi» adlandırır. İbn Sina özü tərcümeyi-halında tibbə gedən yolu belə təsvir edirdi: «Tibbi öyrənməyə başlayanda təcrübələrimi xəstələrin müalicə prosesi ilə doldurdum. Müşahidələrim mənə kitablarda tapılmayan bir çox müalicə üsulunu öyrətdi».
İbn Sina özündən sonrakı nəsillərə tibb mövzusunda bir çox kitab miras qoyub. Onun «Tibb Qanunu» əsəri müqəddəs kitablardan sonra ikinci ən çox nəşr edilən dərslik olub və 600 il ərzində həkimlərə xidmət edib. İbn Sinanın 1000 il əvvəl yazılmış sağlam həyat tərzinə dair tövsiyələri 21-ci əsrdə də aktualdır.
Orta əsr mütəfəkkiri, həkim Əbu Əli ibn Sinanın sağlamlıq haqqında söylədiyi bəzi sitatları ilə tanış edir.
Davamı →

İbn Sinanın sağlamlıq qaydaları

X-XI əsrlərdə Şərqdə yaşayan alim, filosof, riyaziyyatçı, həkim İbn Sina (Avropada onu Avisenna adlandırırlar) bütün dünyada tanınır. İbn Sinanın bəzi tibbi araşdırmaları, sağlamlığın qorunması haqqında fikirləri bu günə qədər öz aktuallığını itirməyib.

1. Öz elmi işlərində İbn Sina bədəni və ruhu harmoniyada saxlamağının vacibliyini vurğulayırdı.

2.
İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi — «Hərəkətdə olan bədən müalicə tələb etmir». Hal hazırda alimlər hipodinamiyanı (azhərəkətlilik) bir çox xəstəliklərin inkişafının əsas səbəblərdən biri kimi qiymətləndirir.

3.
İbn Sina qida və içkiləri düzgün seçməyi tövsiyə edirdi. Müasir elmi araşdırmalar göstərir ki, düzgün qidalanma sağlamlığın qorunmasında ən vacib yerlərdən birini tutur.
Davamı →

Əbu Əli Sinanın musiqi sahəsində olan məharəti

Əbu Əli Sina musiqi sahəsində də öz ustalığını (məharətini) göstərmişdi və bu barədə dastanlar nəql olunub ki, onlardan biri budur:
Deyirlər, Əbu Əli bir şəhərdən başqa bir şəhərə getmək üçün bir karvanla yola düşdü.
Karvan əhlinin onu tanımadıqlarını anlayıb, o da özünü təqdim etmədi.
Gecə vaxtı, bütün karvan əhlinin şirin yuxuda olduqları zaman, ayağa qalxdı və dəvələrin zınqırovlarını açdı. Onları yenidən elə bağladı ki, o günün səhəri, karvan əhli yuxudan durub yola düşdüklərində,  onların hamısı zınqırovların həzin səsindən dəvələrin üstündə yuxuya getdilər.
 
İkinci gecə, yenə də karvan əhlinin yuxuda olduğu zaman o, dəvələrin zınqırovlarını açıb yenidən elə bağladı ki, bu dəfə getdikləri zaman zınqırovların səsindən karvançıların hamısı şadlanmağa başladı, əl çala-çala ayaqlarını (yerə) vura-vura gülməyə başladılar.
Əbu Əli üçüncü gün də həmin işi təkrar gördü.
Lakin bu dəfə zınqırovları açaraq elə bağladı ki, onların hamısı yola düşən zaman kədərlənilər və hətta qəlbi kövrək olanlar ağlamağa başladı.
Bu işdən bütün karvan əhli təəccüb etdi və bu işin div və pərilərin əməli olduğunu güman etdilər.
Lakin dəqiq şəkildə araşdırdıqda, anladılar ki, bu, onlarla birgə səfər edən bir nəfərin işidir və o Əbu Əli Sinadır.
Onu tanıdıqdan sonra, ona qarşı mehribançılıq göstərdilər.


«Fars dili» — T. Rüstəmova
Tərcümə etdi: Fərid Abdullah

Davamı →

İbn Sina haqqında

Vaxtı ilə ibn Sina hey düşünər, özünə suallar verərdi: «Doğrudanmı insan ölməkdən ötrü yaşayır? Nə üçün bütün ömrünü bilik əldə etməyə sərf edən alim kifayət qədər biliyi əldə edəndən sonra o saat ölür». Böyük loğmanı düşündürən bu problemlər Nizami Gəncəvini də düşündürmüşdü.
Bəzi tədqiqatçıların fikrincə, İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır.
Deyirlər ki, Əbu ibn Sinanın şöhrəti Qurqan şahı Kabusa çatır. O, adamlarına əmr edir ki, onu tapıb gətirsinlər, bəlkə qardaşı oğlunu bu böyük həkim sağalda bilər.
Davamı →

İbn Sina

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.


Ardı →