Ən varlı biznesmenin uğur prinsipləri

Jack Ma
Cek Ma – Çinin ən uğurlu və karizması ilə seçilən sahibkarlarından biridir. O öz biznesini sıfırdan yaradıb.Belə ki, o yoxsul musiqiçi ailəsində dünyaya gəlmiş, bizneslə məşğul olmağa qərar verənə qədər məktəbdə ingilis dili müəllimi işləmiş, aşağı vəzifəli məmur olaraq fəaliyyət göstərmişdir. Onun bütün zəhmətlərinin nəticəsi isə hazırda dünyaca məşhur olan Alibaba Group-dur.
Davamı →

İdarə etmənin sosial menecmentdən fərqi

“İdarəetmənin sosiologiyası” sosioloji bilik sahəsi kimi cəmiyyətdə sosial münasibətlər əsasında təşəkkül tapan idarəetmə sistemi və proseslərini öyrənir. Sosial idarəetmə özü idarə etmənin başlıca funksiyalarından biridir. İdarəetmə və sosial idarəetmə anlayışları bir-birinə yaxın olsalar da biri digərinin sinonimi kimi çıxış etmir.
Ümumiyyətlə idarəetmə elə bir prosesdir ki, o, həm cansız, həm də canlı təbiəti  eləcə də cəmiyyəti əhatə edir. Buna görə də idarə etmənin üç növü ayırd edilir:
  1.cansız təbiətin idarə olunması;
  2.canlı təbiətin idarə olunması;
  3.cəmiyyətin idarə olunması, sosial idarəetmə yaxud idarə etmənin sosiologiyası.
Davamı →

Yaradıcı insan rəhbər rolunda

Con Maeda -dünyaca məşhur dizayner, «sadəliyin qanunları» bestsellerinin müəllifi və Esquire jurnalının fikrincə iyirmi birinci əsrin ən nüfuzlu insanlarından biridir. Rod-Aylend dizayn məktəbinə başçılıq etdikdən sonra, avtoritetləri tanımayan, azadlıq və eksperimentləri sevən bir müəllimdən iyerarxik bir təşkilatın rəhbərinə çevrilməli olan Maeda çoxsaylı sınaq və səhvlər metodu ilə liderliyi öyrənmək məcburiyyətində qaldı.

Ardı →

Azərbaycanda antiböhranlı idarəetmə sisteminin təşəkkülü və inkişafi məsələləri

Antibohranlı idarətemə ozundə yaxınlasan bohranlı vəziyyətin qarsısının alınması, muflisləsmis muəssisənin iflası, sanasiyası və restrukturizasiyası səraitində maraqlı tərəflər sayılan borclunun, kreditorların, mulkiyyətcilərin, əmək kollektivinin və dovlətin qarsılıqlı munasibətləriniəks etdirir.Isguzar təskilatın oz borc ohdəliklərini vaxtlıvaxtında odəyə bilməməsinə onun muflisləsiməsi deyilir. Muflis olan isguzar təskilatın mutləq odəmə qabiliyyətinin olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi isə onun iflasa uğraması kimi basa dusulməlidir.
Ardı →

Təşkilatlarda kreativ mühit

Təşkilatda yaradıcılıq əhval-ruhiyyəsinin təmin olunması üçün rəhbərlik tərəfindən kreativ fəaliyyətin dəstəklənməsi həlledici rol oynayır. Əsl rəhbər o şəxsləri adlandırmaq olar ki, o ya öz sözləri, ya da özünün potensial imkanlarını tam ifadə edib özünü nümunə göstərərək insanları canlandırmaq qabiliyyətinə malik olsun, onların fəaliyyətləri üçün şərait yaratsın və məqsədlərinin realizəsi üçün tam sərbəstlik versin. Menecerin əsas vəzifəsi ondan ibarətdir ki, o bütün məsələləri öz üzərinə götürməməli və bütün qərarları tək qəbul etməməli, əksinə o rəhbərlik etdiyi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmalıdır. Bu böyük məna kəsb edir, belə ki, işçilər tədqiqetmə prosesinə cəlb olunur və ən əsası isə özlərinin qəbul etdiyi qərarların reallaşdırılmasında iştirak edirlər.
Davamı →

Hakimiyyət və ünsiyyət

Bir sıra Amerika menecerləri belə hesab edirlər ki, rəhbərlərin əsas vəzifəsi strateji istiqamətləri müəyyən etmək, tabeçilikdə olanların razılığını almaq, onlara pul və səlahiyyət verməklə onları rahat buraxmaqdır.
İlk baxışda bu nə qədər gözəl görünsə də müəyyən problemlər meydana çıxarır. Bu problem insanların böyük bir qismində hakimiyyətlə nəticələrə nail olmaq imkanlarının əlaqələndirilməsidir,başqalarını göstərişlərin yerinə yetirilməsinə məcbur etmək və son qərar qəbul etməkdir.
Əks halda kim təminat verə bilər ki,iş yerinə yetiriləcək və özü də necə lazımdırsa elə yerinə yetiriləcəkdir?
Əlbəttə müstəbid direktor vaxtı keçmişdir, yeni isə olduqca incədir.
Davamı →

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. Menecerlərə xas olan xüsusiyyətlər
4. İdarəetmə prosesi nədir?
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. İdarəetmə səviyyələri və pillələrinin təşkili.

Ardı →