“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.


Ardı →