İmmuniteti möhkəmləndirən qidalar

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

1. Toyuq bulyonu
Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu «təbii antibiotik» adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət «kənd» toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan «sistein» adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir — bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.
Davamı →

İmmuniteti necə möhkəmləndirmək olar?

Əlbəttə ki, qəti şəkildə — “bütün xəstəliklərin səbəbi immunitetin zəif olması ilə əlaqədardır” — demək düzgün deyil.

Xəstəliklərin əksəriyyəti müxtəlif səbəblərin toplanması nəticəsində baş verir, bu səbəblər arasında immunitet olmaya da bilər. Eyni zamanda bir çox müxtəlif xəstəliklər (həmçinin ağır və təhlükəli xəstəliklər) də vardır ki, onlar öz inkişafına məhz immunitetin zəiflənməsi zamanı başlayırlar. Buna görə immun sistemini hər zaman «döyüşə» tam hazır vəziyyətdə saxlamaq çox-çox vacibdir. Bəs, bunun üçün nə etmək lazımdır?

Gəlin, bir anlığa bədənlərindəki əzələ kütləsini aramsız olaraq artırmaqla məşğul olan kulturistlərə nəzər yetirək. Hər bir kulturist yaxşı bilir ki, o öz bədənindəki əzələləri nə qədər çox məşq etdirərsə (əlbəttə ki, müəyyən bir həddə qədər), nəticə də daha yaxşı olacaq: əzələlərin kütləsi daha çox “şişirdilmiş” olacaqdır.


Ardı →