İmpotensiya

Yaxın vaxtlara qədər belə hesab olunurdu ki, impotensiya və normal kişi bir-birinə uyğun olmayan anlayışlardır. İndi hamı başa düşür ki, impotensiya – ciddi patologiyadır və demək olar ki, insanlığın güclü yarısının hamısı bununla qarşılaşa bilər.Kişi cins üzvündə ereksiyanın olmaması cinsi aktın baş tutmasına gətirir və impotensiya adlanır. Çox vaxt bu patoloji vəziyyət arzu (libido) və orqazmın yoxluğuna, sürətli toxumaxıtmaya (bu cinsi həyatı keyfiyyət və kəmiyyət baxımından aşağı salır) gətirir və kişinin psixi, emosional statusuna, səxsi və ailə münasibətlərinə xələl gətirir.
Ardı →

Impotentlik nədir və yaranma səbəbləri

Xalq arasında cinsi iqtidarsızlıq kimi bilinən impotentlik cinsi əlaqə zamanı kişilərdə cinsi orqanın ereksiya vəziyətini ala bilməməsidir.
İmpotentliyin səbəbləri psixoloji, fiziki və qocalma olaraq 3 yerə ayrılır.
İmpotentliyin təqribən 90% yaranma səbəbi kimi psixoloji vəziyyət götürülür.
Psixoloji səbəb dedikdə cinsi əlaqə zamanı həddən artıq həyəcanlanma, qorxma, depressiya, tərəf müqabilinin passiv olması, əsəbilik, tərəf müqabilini razı sala bilməmə qorxusu, cinsi əlaqədə olduğun məkanın mənfi təsiri və.s kimi səbəblər nəzərdə tutulur.
Fiziki səbəblərə aşağıda göstərilənlər
— Sərxoşluq
— Narkotik maddədən istifadə etmək,
— Bəzi sinir sistemi xəstəlikləri,
— Şəkər xəstəliyi
— Orqanik pozğunluqlar
— Harmonal pozğunluqlar
— Qan xəstəlikləri
— Damar xəstəlikləri
— Metabolik xəstəliklər kimi problemlər aid edilir.
Özündə impotentlik aşkarlayan xəstə mütləq həkimə müraciət etməli və onun səbəblərini araşdırmalıdır, çünki impotentlik orqanizmdə hər hansı bir xəstəliyin olduğundan xəbər verir.
Davamı →

Cinsi soyuqluq

Kişilərdə Cinsi İstəksizlik: Kişilərdə cinsi istəksizlik, qısaca kişilik orqanının boyunun (adamın öz düşüncəsinə görə) normaldan kiçik, erkən boşalma kimi xüsusi vəziyyətlər və yoldaşını təmin edə bilməmə duyğusuna qapılmadan irəli gəlir. Bir çox kişinin cinsi orqanı normal böyüklükdə olduğu halda, bunu kifayət bilməyərək, daha yekəsini istəyir. Normalda xəbərdar edilmiş bir penisin boyu, 12-16 sm arasındadır. Əslində bu da çox bir əhəmiyyət daşımaz.
Ardı →

Frigidlik

Gəlin ciddi və xoşbəxtlikdən xeyli nadir hadisə — cinsi soyuqluq (frigidlik) haqqında danışaq.
Mütəxəssislər cinsi soyuqluğun iki əsas səbəbini göstərirlər. Birinci səbəb ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür.Bu davranışın modeli qızın yaddaşına çökür. Bir müddətdən sonra o, ərə getdikdən sonra özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu da ər tərəfindən narazılığın getdikcə artmasına səbəb olur. Buna misal.
Ardı →