İmtahanda vaxtın düzgün istifadəsi

İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər.  Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz  bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.

İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur.  Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.

Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın  davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd  vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır.  İmtahanın bitməsinə  nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.


Ardı →