Yoldaşınızın uğuru sizdən asılıdır


Bir çox gənc qızlar ailə həyatı qurarkən gələcək barədə heç düşünmürlər və yalnızca bu gün ilə yaşayırlar. Bu zaman onları idarə edən emosiyaları və hissləri olur. Lakin illər keçdikdən sonra əsl ailə həyatı başlayır, sevgi bitir və bu azmış kimi maliyyə problemləri baş qaldırır.

Qadınlar bir faktı qəbul etməlidirlər ki, onların həyat yoldaşlarının uğuru elə qadınların özlərindən asılıdır. Müvəqqəti çətinliklərə dözməyə hazır olan və ərinin uğuruna inanan qadın ailəsini bu çətin böhrandan çıxara bilər.
Ardı →

Puldan daha əhəmiyyətli olan...

    Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. — Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, — «Düşünürəm ki, sizə yardım edə bilərəm». O, sahibkardan adını soruşdu, bir çek imzaladı və «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» deyərək, onu (sahibkarın) əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.
Ardı →

Özünə İnam - Ralf Uoldo Emerson

Ne te qu­a­e­si­ve­ris ex­tra ( Sə­nə hər nə la­zım­dır­sa özün­də ax­tar (lat).)

İn­san özü­nün yol gös­tə­rən ul­du­zu­dur.
İn­sa­nın qəl­bi onu na­mus­lu və mü­kəm­məl edir,
Onu saf­laş­dı­rır, nur­lan­dı­rır və ta­le­yi­nə tə­sir gös­tə­rir.
Heç nə on­dan öt­rü həd­siz tez və ya həd­siz gec ol­mur.
Bi­zim həm yax­şı, həm də pis hə­rə­kət­lə­ri­miz
Fa­tal köl­gə ki­mi, da­im bi­zi iz­lə­yən mə­lək­lər­dir.
Ardı →

Zaman sağaltmır....

Bəzən insanlar deyirlər ki, zaman ağrıları, acıları sağaldır. Xeyr… Zaman sağaltmır… Sağaldır — spirlti içkilər və təsadüfi tanışlıqlar, sağaldır — kimləsə  keçirilən saniyələr. Sağaldır — uzun küçələr, arxasında yorğun gözlərin görünmədiyi böyük eynəklər və şəkillər...

Ardı →

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər  ümidin çox  dəqiq və konkret tərifidir.  Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.
Özünü tanıyan insan  heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə  bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan  insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.


Ardı →