Etibar qazanmağın vacibliyi haqqında
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim xoşbəxtlik düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb.
Özünə söz ver ki,
— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,
— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,
— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,
— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,
— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,
— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,
Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.
İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.
Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir.
İngiltərədə hakimlərin maaşları yoxdur. Ancaq əvəzində çek kitabçaları var. Üstəlik, bu kitabçalarda hər hansıbir limit də yoxdur. Buna səbəb isə ingilis hükumətinin öz hakiminə inanmasıdır...
Bir gün bir hakim bir banka gedir və 1 000 000 funt-sterlinqə ehtiyacı olduğunu deyir. Təbii ki, əvvəlcə bank rəhbərliyi nə edəcəyini bilmir. Ancaq sonra «yuxarılardan» razılıq almamış bu qədər pulu verə bilməyəcəklərini deyir və dərhal Ədliyyə Nazirliyinə (həmçinin lazım olan başqa nazirliklərə) zəng edir. Ancaq hər yerdən gələn cavab eynidir: "Ödəyin!"
Ancaq bir məsələ də var ki, bankda bu qədər nağd pul yoxdur və istəsələr də, istəməsələr də, hakim istədiyi pulu almaq üçün ertəsi gün gəlməlidir. Ertəsi gün hakim gəlir və istədiyi pulu alıb gedir…
Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək. Bu baxımdan tərəflər bir-birilərinin sirdaşı olmalıdırlar.