İntim həyatın maraqlı detalları

Bir çox hallarda insanlar elə düşünürlər ki, intim münasibətlər yalnız nəsil artırmaq və yataq həzzi üçündür. Bu düşüncədə olanlar haqlı olduqları qədər də yanılırlar. Çünki intim həyat bunlarla yanaşı, insan sağlamlığı üçün tələb olunan qəbul etdiyimiz qida, hava, su qədər vacibdir. 

İlk növbədə normal intim həyatı olan insanlar daha cavan və gümrah görünürlər. Müntəzəm olaraq sekslə məşğul olan istər qadınlar, istərsə də kişilər qocalmaya qarşı mübarizə aparmış olurlar.
Davamı →

Yaşlanmanın 8 əlaməti

Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.
Bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib. Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Davamı →

İnsan orqanizminin maraqlı xüsusiyyətləri

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s. Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil. Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var.

1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir. 
İnsan sümüyü — Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük — böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər.
Davamı →

Ən tez yaşlanan orqanlar

Bəzi insanlar yaşca gənc olduqlarına baxmayaraq ruhən yaşlanırlar. Bəziləri isə, tam tərsinə yaşca böyük olduqları halda ruhən gənc qalırlar. İllər keçdikcə ürək və beyin başda olmaqla bir çox orqanımızda dəyişikliklər yaşanır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, nizamlı idman etmək ya da siqaret və spirtli içki kimi zərərli maddələrdən uzaq durmaq kimi bəzi qaydaları vərdiş halına gətirmək yaşlanmağı gecikdirir. Mütəxəssislərin fikrincə, insan orqanizmində 5 orqan var ki, digərilərinə nisbətən daha tez yaşlanır. Bunlar aşağıdakılardır:

Ürək
Yaş irəlilədikcə ürək böyüyür. 40 yaşından etibarən ürəyimiz də yaşlanmağa başlayır. Yaşlandıqca ürək ağırlığında bir miqdar artım meydana gəlir. Çünki, sol mədəcik divarı qalınlaşır. Bu zaman qanın təzyiqi də get-gedə azalır. Ürəyinizi sağlam saxlamaq istəyirsinizsə, sağlam qidalanın, siqaretdən uzaq durun və idmanla məşğul olun. Banan, ərik və kartof kimi qidalarla qidalanın. Bol miqdarda sarımsaq yeyin.
Davamı →

Hüceyrə ilə təmas etdikləri an canlanan varlıqlar: cansız viruslar

Hüceyrə ilə virus arasındakı müharibə insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Viruslar bəzən soyuqdəymə, qrip kimi xəstəliklərin səbəbi olur, bəzən də AİDS, tif kimi öldürücü xəstəliklərə səbəb olur.

Virusların hüceyrəyə hücumunun öldürücü olması və inkişaf etmiş hücum texnikası baxımından heyrətamizdir. Viruslar hüceyrəni, onun öz silahı və imkanları ilə vururlar. Nüsxələrini yaratmaq üçün onların bu ağlasığmaz hücumu, əslində, intihar hücumudur. Viruslar nəsillərini davam etdirmək üçün həm özlərini, həm də hüceyrəni fəda edirlər. Hüceyrələr həyatlarını davam etdirmək üçün zülal istehsal etmək məcburiyyətindədirlər. Viruslar isə zülal istehsalının qarşısını alaraq, hüceyrəni zülalla birlikdə virus istehsal edən fabrikə çevirirlər.


Ardı →

Özünü yeniləmə bacarığına malik yeganə orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

 Qaraciyərin təqlidedilməz funksiyaları

Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.


Ardı →

Orqanizmin təşkili səviyyələri

1. Hüceyrə
Hüceyrə tarixi inkişaf prosesində meydana çıxan, nüvə və sitoplazmadan ibarət, öz-özünü tənzim edən və özü kimi strukturlar yaradan canlı sistemdir.
Hüceyrə çox hüceyrəli orqanizmlərin inkişaf, quruluş, funksional və irsiyyət vahididir. Hüceyrələr ölçü və formalarına görə müxtəlif olur. Hüceyrə fiziki-kimyəvi cəhətcə çox mürəkkəb quruluşda olmaqla zarlar və qranullar sistemindən təşkil olunmuşdur. Hüceyrə ətraf  mühitdən hüceyrə qişası vasitəsilə ayrılmışdır. Zar vasitəsilə hüceyrə onu əhatə edən canlı mühitlə (hüceyrəarası maddə ilə) üzvi əlaqədə olur. Hüceyrə qişası zülallardan, lipidlərdən və şəkərlərdən təşkil olmaqla qatlar şəklində yerləşir.
Sitoplazma hüceyrənin əsas komponentlərindən biri olub, xaricdən hüceyrə qişası ilə, nüvədən isə kariolemm vasitəsilə ayrılmışdır.
Nüvə – tərkib hissəsi olmaqla zülal sintezini təşkil edir. Nüvə əksər hallarda mərkəzdə yerləşir. Nüvə sitoplazmadan nüvə pərdəsi ilə ayrılmışdır. Nüvədə həmçinin xromatin olur. Nüvə şirəsi  maye halında olub müxtəlif miqdarda olur. Nüvəcik hüceyrə bölünməsinin interfaza dövründə müəyyən edilir. Nüvəcikdə RNT-nin 80 %-i sintez olunur.


Ardı →

Orqanlarımız neçə günə bərpa olur?

Alimlər insan vücudunun özünü yeniləmə prosesini araşdırıblar. Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyənin «Sabah» qəzetinin hazırladığı məlumatda bildirilir ki, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar.

ÜRƏK
Uzun zamanlar insan ürəyinin yenilənmədiyi düşünülürdü. Lakin Nyu-York Universitetinin doktoru Pyera Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürək təxminən 20 il ərzində və ya 7 000-7 500 gün ərzində tamamilə yenilənir.
Davamı →