Güllənin çaşmayan adresi
Henry-in gördüyü yerdə bir əl atəş edən qızın böyük qardaşı, hədəfi düz nişan almır və atdığı güllə orada olan böyük bir ağaca dəyir və elə orda da qalır.
Aradan 15 il keçir. Henry Ziglan naməlum səbəblərdən illər əvvəl içinə güllə batan o ağacı aradan götürmək istəyir. Ağacın içinə ehmalca bomba yerləşdirən Henry, bombanı partladaraq böyük ağacı aradan götürür.
Lakin nə qəribədir ki, ildən bəri ağacda gözləyən tapança gülləsi, partlama əsnasında yerindən atılaraq Henry-in ürəyinə tuş gəlir və onun ölümünə səbəb olur.
Və mən yetim qalmışam-qadından yetim...
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!
Ramiz Rövşən
Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.
Ardı
Pıspısa | Gülşən Lətifxan
Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.
Ardı
Axmaq alim
Yetmiş doqquz gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə, balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də, ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki, öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da lap kökəlmişdim. Ürəyim istəyəni bişirib yeyir, kefim istəyən vaxt yatıb-dururdum. Əsgərlərlə elə də yaxın ünsiyyət qurmazdım. Hamısı 18-19 yaşlı coluq-cocuqlarıydı. Öz yaşıdım olan qərargahın yazarı İbrahimlə dostluq eləyirdim ancaq. Çox vaxt qərargahda rəislərdən kimsə olmayan kimi, gedib otururdum kompyüterin qabağında, oyun oynayırdım. Təzə bir məşğuliyyət də tapmışdım. Telefonla daxil olduğum wap çatlar əməlli-başlı vaxt öldürürdü
Ardı
- ?
- 25 fevral 2011, 10:26
- Muza
- şərh əlavə et
Sükut | Haruki Murakami
— Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız?
O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı:
— Bu, sizi niyə maraqlandırır?
Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı.
— Heç, elə-belə,- mən cavab verdim. Həqiqətən də sualın heç bir anlamı yox idi. Yəqin ki, mənim bunu soruşmağımın səbəbi, sadəcə, mənasız yerə doğan maraqdan irəli gəlirdi.
O dəqiqə söhbətin mövzusunu dəyişdim, lakin Ozavanı aldatmaq mümkün olmadı. Aydın idi ki, o, həmişə nəsə haqqında düşünür. Elə bil, ya nəyinsə qayğısını çəkir, ya da ona qarşı mübarizə aparırdı.
Ardı
Kasıbların aşnası | Yasunari Kavabata
Limon onun özünə lazım bildiyi yeganə naz-nemət idi. Məhz limona görə dərisi hamar, ağappaq görsənir, xüsusi təravət saçırdı. O, meyvəni dörd yerə bölür, bir parçasından tualet suyu — ətirləndirici vasitə hazırlayırdı ki, bu da ona gün ərzində bəs edirdi. Qalan üç dilimi ehmalca papiros kağızına bükürdü ki, qarşıdakı növbəti günlərdə istifadə etsin. Açılan səhərin gözəlliyini də məhz limon suyu ilə sifətini təravətləndirəndə duyardı. Kişidən gizlin bu gün həm də sinəsi ilə budlarına sürtmüşdü ondan.
Kişi onu öpərək ucadan dedi:
— Limon! Deyəsən, sən limon çayında çimmisən. Ey, limon iyi burnuma dəydi, ürəyimdən portağal keçir.
Ardı
- ?
- 25 iyun 2011, 16:49
- Muza
- şərh əlavə et
Yazıçı və “koka-kola”
Ardı
- ?
- 04 fevral 2011, 13:03
- Muza
- şərh əlavə et
Yaddaşın 18-ci saniyəsi
Albert yerə gəlir, o qışqıra da bilmir. Çox qorxuludur. Amma nədənsə onun üçün zaman dayanıb. Reallıqda bəlkə də iyirmi saniyəyə yerdə olmalı idi. Yox… Zaman getmir. O düşünür…
Nə etdim mən? Ailə qurdum, mənə xəyanət edən həyat yoldaşımdan boşandım. O da qızımın tərbiyəsiylə maraqlanmadığından, qızım fahişə olaraq böyüdü. Vellinqtonun küçələrində onu yaxşı tanıyırlar. Artıq harda olub-olmamağımın onun üçün nə fərqi var ki…
Tanrını axtarmağa çıxdım, bütün ömrüm boyu ona ehtiyacım var. Xristianam. Daha doğrusu idim… Bir gün nədənsə kilsəyə girdim. Padredən özünün də ağlına gəlməyəcəyi sualı soruşdum.
Ardı
Qardaşımın sevgiləri
Qardaşım atağız bir kişi olub, belə deyək, gəncliyi modifikasiyaya uğrayıb. Ay budu ha, deyirsən, indicə durub aləmi qatar bir-birinə, uşağı-böyüyü kəllə-kəlləyə vurar.Di gəl, işi-peşəsi onun-bunun möhübünü düzməkdir. Xasiyyətini ipəkqurduları toxuyub: yaxşılıq etdiyi, işinə yaradığı adamların firavan həyatını öz uğuru sanar.
Ardı
Şanssız…(hekayə)
Ardı
- ?
- 23 yanvar 2011, 16:03
- Muza
- şərh əlavə et
