Xoşbəxtlik

Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:


— Ey xeyirxah insan, çıxar məni buradan.


— "Əvəzində nə verəcəksən?" — deyə insan soruşur.


— Nə istəyirsən?


— Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.


Ardı →

Ekologiya və biz

Hər dəfə meşəyə göbələk yığmağa gedəndə, yaxud dəniz kənarında təmiz hava almağa və ya günəş vannası qəbul etməyə yollananda ətrafda böyük miqdarda plastik əşyalardan ibarət zibilliklərə rast gəlirik.


Bu ürəkbulandıran mənzərələri müşahidələrdən sonra hər dəfə təəccüblənməkdən özümüzü saxlaya bilmirik: bu qədər təbiətə məsuliyyətsiz yanaşmaq olarmı? İstirahətimizə mənfi çalar qatan bu mənzərədən sonra təbiətə etinasız yanaşanları tənbeh etməyə başlayarıq. Amma özümüz də heç düşünmürük ki, plastik qablardan və torbalardan istifadə etməklə təbiətə zərbə endiririk. Çünki plastik qabların tullantı kimi «səyahəti» uzun illər davam edir.


Ardı →

Biz insan deyilik...

İnsan- öz azadlığı


Biz – insan deyilik, kişiyik, müsəlmanıq, yerliyik, qohumuq, qadınıq, valideynik, qonşuyuq, qardaşıq, bacıyıq, övladıq, əmiyik, dayıyıq, kürəkənik, yeznəyik, gəlinik, qayınatayıq, qayınanayıq, məhlə uşağıyıq, iş yoldaşıyıq, tanışıq… bir sözlə, biz azərbaycanlıyıq. Amma insan… deyilik.Kişilik, müsəlmanlıq, qadınlıq, qonşuluq… bunların hər biri müəyyən bir roldur. Hər bir rolun öz normalar kodeksi var. Məsələn, qadın olmaq qadınlıq rolunun normalar kodeksini icra etmək deməkdir. Misal üçün qadınlıq kodeksimizdə “ağır olmaq” dəyərdir, əksinə, yüngüllük bu kodeksdən kənara çıxmaqdır, ayıbdır. Bütövlükdə, azərbaycanlılıq kodeksindəki dəyərlər milli mənəvi dəyərlər adı verilən davranış oriyentrləridir. Və bütövlükdə, azərbaycanlılığın normalar kodeksi mentalitet deyilən şeydir. Dilimizdə yaxşı və ya pis adam öz rolunu (məsələn, qonşuluq rolunu, qayınanalıq rolunu və s.) yaxşı və ya pis icra edən adam deməkdir. Ümumiyyətlə, mənim müşahidəmə görə, “adamlıq” sözünü biz “azərbaycanlılıq” mənasında işlədirik.Azərbaycanlı olmaq milli-mənəvi dəyərlərə görə hərəkət etmək, milli mentaliteti yerinə yetirmək deməkdir.


Ardı →

Tənqid psixologiyası

Gördüyü istənilən şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı: “Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda, “Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirəm” — deyə cavab verir. 

Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri nələrdir?


Ardı →

İnsanlar var...

İnsanlar var – kitabxana kimi
Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən.

İnsanlar var – labirint kimi

Onları tanımaq olmur, döngədə sizi nə gözlədiyini bilməzsiniz və əlaqələr sizi hara aparacağı sizə naməlum qalar. Amma nəqədər müammalı olsalar, onları öyrənmək bir o qədər maraqlı olur.



Ardı →

İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Ardı →

mən heçnə bilmirəəəəəəəəəəəəəm!

spam olmasın!

Həyat heç də asan deyil. Başlamamış deyim, yazmaqda məqsəd qorxutmaq deyil.
Əksinə fikirləşirəm ki, çətinliklərə hazır olmaq lazımdır və bizə öyrədilən bütün nağılları yola vermək lazımdır.
Beləliklə başlayaq. =)
Düşünürəm ki, bizim ən təmiz dövrümüz cizgi filmlərə baxan dövrümüz olub.
Bəlkə də bizim ölkədə normal cizgi filmə baxan uşaqlığın ən son dövrünü elə biz yaşadıq.
Amma bizdə şou-biznes zərbələrindən tam yaxa qutara bilməmişdik.Çox sağ olsunlar. =)
İndi uşaq olmaqsa vallah çox çətindir. Şou-biznes cizgi filmlərinin də evini yıxıb.
Və bir şey var ki, bizim cəmiyyət də get-gedə həmin şou-biznes modelini mənimsəyir.
Və bizə lazım olmayan və olmayacaq informasiyaların axını başlayır.
Başlayaq həmin bu şou-biznesin reklamları, qalmaqalları, plagiatları, tərzləri, fanatları, formatları, səviyyələri — beyin təsir altındadı.
Ardı →

Insan

Insan qədim dünyaya
Ilkin növraq olubdur.
Əcdadımız meymun yox
Ana torpaq olubdur!
Dünyada ən möhtəşəm,
Ən mehriban, ən əziz,
Ən ecazkar, ən qadir,
Ən müqəddəs, ən təmiz
Nədir?-deyə sən məndən
Soruşsan intizarla
Mən tərəddüd etmədən
Deyərəm iftixarla
İnsanlıq ülviyyəti,
İnsanlıq qüdsiyyəti,
İnsanlıq dəyanəti,
İnsanlıq ləyaqəti.
Dünyanı iqlim- iqlim
Səyahət edir insan,
Dünyanı öyrənməmiş
Dünyadan gedir insan.
Zəngindəndə zəngindir
Bərəkətli təbiət
Fəqət bilmirəm niyə
Səxavətli təbiət,
Yaratdıqları haqda
Dəyişdirib əmrini,
Dünyada ya bir qartal,
Ya bir qarğa ömrünü
Xeyir- dua içində
Verməyibdir insana
Hər qətrə arzusunu
Döndərə bir ümmana!
insan

Davamı →