Qoruyucular

Bu gün təbiətdəki məmulatların və ya canlıların quruluşunu tədqiq edib elmi işlərində bunlardan nümunə götürən bir çox elm adamı var. Təbiətdəki məmulatların möhkəmliyi, yüngüllüyü, elastikliyi və kimyəvi xüsusiyyətləri elm adamlarının bu məmulatların quruluşunu təqlid etməsinə səbəb olur. Gündəlik həyatda qarşılaşdığımız bir çox məmulat və canlıların müxtəlif xüsusiyyətləri elm adamlarının diqqətini çəkir və bu məmulatları təqlid etməyə çalışırlar.

Hərəkət edərkən ağrı hiss etməmizin qarşısını alan yağlama sistemi
Daima hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz bölgələrdəki sümüklərlə müqayisədə fərqli dəstək sisteminə ehtiyacı var. Buna misal olaraq oynaqlarımızı göstərə bilərik. Onurğa sütunumuzu təşkil edən fəqərələr, ayaqlarımızdakı və əllərimizdəki oynaqlar biz hərəkət etdikdə bir-birlərinin üstündə fırlanırlar. Daima hərəkət etdiklərinə görə dəstək sistemlərə ehtiyac var.


Ardı →