İntellektual çevrənin yaranması

İntellektual çevrənin yaranması üçün də yer lazımdır (“yer”in həm hərfi, həm də məcazi mənasında). Belə yer (məsələn, universitetlərdə akademik azadlıqlar) olmayanda, intellektuallar da çevrə qura bilmir. Ya ölkədən köçüb orada hazır çevrələrə qoşulur, ya da əllərini işdən üzüb gündəlik qayğılarıyla yaşayırlar. Ölkədə və bölgədə gedən tarixi proseslərdən də çox şey asılı ola bilir.

Məsələn, hamının bildiyi Alman İdealizmini götürək. Hamının bildiyi örnək üzərində izah qurmağın öz üstünlükləri var – asan olur. Alman İdealizmi, bir fəlsəfi cərəyan kimi, bir nəslin işi olub. Təxminən 1781-ci ildən 1819-cu ilədək davam edib. Bununla bitməyib, təbii ki, davamçıları sonradan da olub. Amma əsas işi bir nəsil görüb: Fichte, Schelling, Schopenhauer, Hegel və Kant. Kant və Hegel bu çevrənin, belə demək olarsa, intellektual liderləri, Schelling və Schopenhauer isə “dissidentləri” olub. Bəs, Fichte? Fichte’nin fəlsəfəçiliyini dəyərdən salmadan qeyd etməliyəm ki, onun bu çevərinin yaranmasında əsas rolu intellektual olmayıb. Fichte Alman İdealizminin təşkilati lideri olub. Alman İdealizmi bir təşkilat kimi heç zaman mövcud olmayıb (kimsə yanlış anlamasın), Bununla belə, intellektual çevərlərin də təşkilati işləri üzərinə götürən adamlara ehtiyacı olur.
Davamı →