Verter Effekti

Verter Effekti və ya Verter Sindromu — televiziya və ya digər KİV-də geniş şəkildə işıqlandırılmış intiharı yamsılayan kütləvi intiharlar dalğasıdır. 1974-1975-ci illərdə San-Dieqodakı Kaliforniya universitetində çalışan amerikan sosioloqu Devid Filipps tərəfindən aşkar edilmişdir. Devid XVIII əsrin sonlarında Avropada Hötenin «Gənc Verterin İztirabları» romanının yayılması ilə baş qaldırmış və romanın qəhrəmanı Verterin intiharını yamsılayan intiharlar dalğasını araşdırmışdır.


Həmçinin, Filipps digər həmkarı Karstensenlə birgə 7 il müddətində (1973-1979) intihar hadisələri arasındakı bu cür qarşılıqlı əlaqəni araşdırmışdır. Onlar yeniyetmələr arasındakı 12 585 intihar hadisəsinə dair məlumatlar toplamış və həmin intiharlarla telereportajlarda və  qəzetlərin üz səhifələrindəki intihar xəbərləri arasındakı əlaqəni araşdırmışlar.



Ardı

Həyatın qiyməti artdıqca onu heç kəs itirmək istəmir

İndi tez-tez deyirlər ki, yaşamaq çətinləşib. Bəli, bu, gerçəkdir, amma bəşər həyatının elə zamanı olmayıb ki,yaşayış asan olsun. Bəşər tarixi başdan-başa qan-qada, təhlükə, çoxsaylı problemlərlə doludur. Bu, o deməkdir ki, tarix heç zaman rahat, xoşgünlü olmayıb. Bu yazımızda intiharın insan psixikasına təsirindən, eləcə də intihardan qurtulmaq haqqında danışacağıq. Azərbaycanda son illər intiharın artım dinamikası müşahidə edilməkdədir. Yüzillərdən bəri ədəbiyyatın, incəsənətin, ümumən yaradıcı sahələrdə çalışan bütün peşə adamlarının məqam-məqam daxilini oynadan intihar mövzusunun, həm də heç bir yaradıcılıqla məşğul olmayan insanların ağlında, ruhunda yaratdığı təbəddülatlardan danışacağıq.

Ardı

Ölən sevgilim

Səhər oyandığında mədəsində bir yanğı hiss etdi.Yanğının səbəbi dünən yedikləri deyil,oyanır-oyanmaz bu gün edəcəklərinin ağlına gəlməsi idi.Bu gün 2ildir götürdüyü öhdəliyi bitirəcəkdir.Əslində bunu etməkdə gecikmişdi də «bitməli» dedi qəlbində,«hər gün bu bədbin oyanışlar bitməli».Gənc adam bunları düşünərkən sifəti şəkildən şəklə düşürdü.Sürətlə geyinib.bayra çıxdı.Bu günə qəqər heç gözlətməmişdi onu,indi də gözlətməməli idi.
İstanbul soyuq və yağmurlu idi.Gənc adam göy üzünə baxaraq içini çəkdi:«Buludlar bizim yaşayacaqlarımızı bilir,onlar belə ağlayır halımıza».
Artıq görüş yerində idi.Bir neçə dəqiqəlik gözləmədən sonra sevgilisi gəldi.İndi mədəsindəki ağrı daha da artmışdı.Beşiktaşa getdilər.Yolda heç danışmadılar.Gənc qız sevgilisinin bu halını anlamırdı.Hardan biləcəkdi axı bu gün ayrılıq nəğməsinin çalınacağını?!..

Ardı

İntihar

Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı ənənəvi olaraq intiharlar artmaq əvəzinə azalır. ABŞ-da dərc edilmiş «Təqlid effekti» kitabının müəllifi Loren Koulman qeyd edir ki, iqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meyilli olmurlar.

Ardı

Ən Şokedici Musiqiçi Ölümləri

Musiqiçilər ətraflarına ən çox pərəstişkar yığan sənət sahiblərindən biridirlər. Onların yaratdığı əsərlər dinləyiciləri sevindirdiyi halda, onların qəfil ölümü fanatlara əsl şok yaşadır. Aşağıdakı siyahıda fikrimcə ən şokedici olan 15 musiqiçi ölümünü göstərməyə çalışmışam.



Ardı

Həyatından bezmiş qız üçün məsləhətlər

Sənə həyat gündən-günə darıxdırıcı gəlir? Elə bil yaşamağa səbəb yoxdur? Gələcəyini qaranlıq görürsən, ətrafda sənə azacıq da olsa ümid verən heç bir şey yoxdur? Halbuki, sizi sabaha ruhlandıracaq o qədər səbəblər var ki… Sadəcə, siz onları bilmirsiniz və yaxud unutmusuz. Elə isə xatırlamağa dəyər…

Ardı