Mastrubasiya kişiyə faydalıdırmı?

Dünyada porno və cinsi əlaqədən asılılığı olan insanları ətrafında birləşdirən, müalicə etməyə çalışan NO-FAP təşkilatı mastubarsiyadan da uzaq durmağı irəli sürüb. No –fap «90 gün ərzində masturbasiya və cinsi əlaqədən azad ol» deməkdir.
Təşkilat 90 günlük uzaqlaşmanın testosteron səviyyəsini artırdığını, fiziki və zehni inkişafa səbəb olduğunu bildirir.
Davamı →

Seks haqqında maraqlı faktlardan

Seks haqqında heyrətamiz faktlarla tez-tez rastlaşırıq. Başlanğıc üçün seks haqqında bunları deyək ki:
  • Siçanın spermatezoidi filinkindən uzundur.

  • Pinqvinlər ildə bir dəfə orqazm yaşyır.

  • Qartallar cinsi əlaqəyə havada uça-uça girirlər.

  • Hər il 11 min seks qəzası baş verir. Artıq bu qəzaların necə baş verdiyini özünüz düşünün. Hər gün dünyada 200 min cinsi əlaqə olur.

  • Hər 4 kişidən 3-ü seks başladıqdan 2 dəqiqə sonra orqazmı yaşayır. Qadınların şikayət səbəbini başa düşmək olar))

  • “Sakit” kişilər cinsi həyatı heç bir sərhəd tanımadan yaşayan seksual aktiv kişilərə nisbətən 13 il çox yaşayır.

  • Qadınların 12 faizinin spermaya qarşı allergiyası var.

Ardı →

Qadın cinsiyyət sistemi

Qadın cinsiyyət sisteminin cinsiyyət orqanlarına uşaqlıq borusu vasitəsilə uşaqlıqla birləşmiş iki yumurtalı və uşaqlıqdan xarici cinsiyyət orqanlarına aparan keçid -uşaqlıq yolu aiddir.
Xarici cinsiyyət orqanlarına aiddir: qasıq (tüklə örtül­müş dəri və yağ toxuması sahəsi); böyük və kiçik cinsiyyət dodaqları və klitor (cinsi əlaqə zamanı kişinin tənasül aləti kimi ölçücə böyüyən və vəcdə gələn cinsiyyət üzvü). Xarici cinsiyyət orqanları məcmu halında vulfa adlanır (latın terminidir, xarici cinsiyyət orqanlarının ümumi adıdır)
Davamı →

Cazibədar olmaqda görmənin rolu

Görmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır?
Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar.
Dolu, koppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar — nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar.


Ardı →

Cinsi аkt və onun xüsusiyyətləri

Seksual münasibətlərin çox növü mövcuddur. Bunlardan ən yaxşısı o sayılır ki, iki nəfər bir-birini sevsin və cinsi əlaqəyə qarşılıqlı rəğbət səbəbindən girmiş olsun. Bu növ — «təbii cinsi əlaqə» adlanır.
Kişi və qadın bir-birlərini çoxdan sevirlər, lakin heç cür yaxınlaşa bilmirlər, kişi çox vaxt səfərdə olur, qayıdanda da, ya söhbətləri tutmur, ya da küsüşürlər. Lakin sevgililərin hər ikisi qovuşmaq və öz arzularını tam təmin etmək istəyi ilə alışıb yanırlar. Bu, «ehtiraslı məhəbbət halında cinsi əlaqə» adlanır.
Lakin elə ballar da olur ki, kişi və qadın bir-birlərini sevmədən cinsi əlaqəyə girirlər. Onlarda bu ötəri istək müəyуәn şəraiti, gərginliyi aradan götürmək ehtiyacının təsiri atında yaranır. Bu, «yalan məhəbbətin izdivacı» adlanır. Belə hallarda tərəf-müqabillər özlərini bütün mümkün vasitələrlə vəcdə gətirməyə çalışırlar. Buna həyati misal:
Davamı →

İntim normalar

"İntim norma" dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bır neçə qanuni arvadı (siğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur. Qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadının bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqları tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb.
Ardı →