Uğurlu investorlardan sitatlar

1. Uorren Baffet, quru – investor, onun sərvəti $39 milyard məbləğində ölçülür. “Qiymət sənin ödədiyindir. Dəyər isə əldə etdiyin. Fərqi yoxdur, söhbət səhmlərdən və yaxud corablardan gedir. Mən keyfiyyətli məhsulu ona qiymət qoyulmamışdan öncə almağa üstünlük verirəm”.

2. Corc Soros, onun sərvəti $22milyard məbləğində ölçülür. “Mən nə zaman haqsız olduğumu bildiyim üçün zənginəm. Digər sözlərlə, mən öz səhvlərimi qəbul edə bilmə bacarığım sayəsində sağ qala bildim”.

3. Devid Rubenşteyn, onun sərvəti $2,8 milyard məbləğində ölçülür. “Heç vaxt təslim olmayın. Cavab qismində “yox” sözünü seçməyin. Əgər siz oturduğunuz yerdə və risk etmədən xoşbəxtsinizsə, deməli siz ömrünüzün qalan 20 ilində həmin yerdə qalacaqsınız”.
Davamı →

Peter Linçin səhm almaq istəyənlərə 6 məsləhəti

1. “İnvestisiya edəcəyiniz şirkətlər haqqında çoxlu məlumat əldə edin”
Səhm almaqda əsas məqsəd şirkət dəyər qazanan zaman mənfəət əldə etməkdir. Lakin bir şirkətdən səhm alan zaman o şirkətə ortaq olmuş olursunuz. Heç kim xidmətlərini, məhsullarını, nə vəziyyətdə olduğunu bilmədiyi şirkətə ortaq olmaz istəməz. Bu səbəblə Peter Linçə görə səhm alan zaman şirkət haqqında geniş məlumat əldə edilməlidir.

2. “Tanımadığınız şirkətlərə investisiya etməyin”
Linç tanımadığınız şirkətlərə sərmayə yatırmağın çox riskli olduğunu söyləyir. Tanınan və bilinən bir çox şirkətin, adı-sanı və nə etdiyi bəlli olmayan şirkətlərə nəzərən daha zəmanətli olduğu bir faktdır.
Davamı →

Dünyaca məşhur iqtisadçı Ozan Özkural ilə Larry Kingin müsahibəsi - Yeni iqtisadi baxış

Türkiyənin gənc fond idarəçilərindən olan və Larry Kingin proqramına qatılan 3-cü türk olan Tanto Capital Partner’in qurucu ortağı və CEO’su Ozan Özkural Türkiyədə islahatların reallaşacağını və bölgənin iş mərkəzi olacağını söylədi. Özkurala görə böhran ilə sarsılan Rusiyada uzun müddətli  investisiya imkanlar var.

Uzun illər Merrill Lynch’in investisiya bankçılığı şirkətində xidmət edən və 2012-ci ildə qısa bir müddət Rusiyanın ikinci böyük bankı VTB'nin Türkiyə ofisini idarə Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu 300 milyon dollarlıq fondu — Tanto Capital Partners'i fevral ayında dünya bazarına çıxarmağa hazırlaşır. Maliyyə dünyasının diqqət çəkən istedadları arasında özünə yer tutan və əfsanəvi televiziyaçı Larry King proqramına Rəcəb Tayyib Ərdoğan və Mehmet Özdən sonra qatılan üçüncü türk olan Ozan Özkural Səudiyyəli ortağı ilə qurduğu Tanto Capital Partners fondunun Türkiyə ofisini də yaxın günlərdə xidmətə açmağı planlaşdırır. Dünya iqtisadiyyatının hazırki və gələcək vəziyyətini qiymətləndirən Ozan Özkurala görə Türkiyə yaxın gələcəkdə əhəmiyyətini daha da artacaq.


Ardı →

İnvestisiya Qoyuluşu



İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 84 milyard manat vəsait yönəldilmiş, onun 49%-ni dövlət, 51%-ni isə qeyri-dövlət investisiyaları təşkil etmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldirmiş vəsaitin həcmi 12,3 dəfə artaraq 55,5 milyard manat təşkil etmiş, xarici mənbələrdən əsas kapitala 28,5 milyard manat vəsait yönəldilmişdir.
Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq 52,1 milyard manat təşkil etmişdir.
Davamı →

investisiyaların sinifləndirilməsi (investment classification)

İnvestisiyanı müxtəlif cür sinifləndirmək olar. Sinifləndirmə aşağıdakı kimidir:


İNVESTİSİYA NÖVLƏRİ
1. Ümumi
2. Portfel tipli investisiya qoyuluşu
3. Tək və çox məqsədli
4. Sektorlara görə
5. İstehsal və qeyri-istehsal təyinatlı
6. Zamana görə
7. Asılı olduqları fəaliyyət sahələrinə görə
8. Xüsusiyyətlərinə görə


Ardı →

Investisiya və onun mahiyyəti

İnvestisiya — ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
— Xalq arasında: investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir,
— İş mühitində: İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir",
— Müəssisə səviyyəsinə görə: İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.


Ardı →