İradənin gücü

Atatürk7 yaş- Atası ölüb;
8 yaş- Məktəbdən çıxarılıb;
17 yaş- Universititetə daxil ola bilməyib;
24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada saxlanılıb;
25 yaş- Sürgün olunub;
30 yaş- Doğulduğu şəhər işğal olunub;
37 yaş- Böyrək xəstəliyinə tutulub;
38 yaş- İşdən qovulub, haqqında həbs qərarı verilib, beş dostundan üçü ona səs verməyib;
39 yaş- Edam cəzasına məhkum olunub;
42 yaş-Türkiyənin prezidenti olub!
MUSTAFA KAMAL ATATÜRK

Həmçinin bax:
Siz də yumruq tək olun!

Yumruq

Deyilənə görə, İsaak Nyuton doğulanda o qədər zəif olub ki, sağ qalacağına heç kəs inanmayıb. Sən demə, fiziki baxımdan cılız şagird olan Nyutonu elmin göylərinə ucaldan, onu dünyanın ən dahi insanlarından biri halına gətirən əsas səbəblərdən biri sinif yoldaşının onun qarnına yumruq vurması olub. 
Bir dəfə dərsini danışan Nyutonu müəllim tərifləyir. Bunu həzm edə bilməyən sinif yoldaşı bir daha dərs öyrənməməsi üçün İsaakın qarnına möhkəm bir yumruq vurur. Yumruq vuran uşaq məktəbin ən yaxşı şagirdi idi və istəmirdi ki, heç kəs onu ötsün.
Uşaqlıq illərində hansımızın qarnına yumruq dəyməyib ki? Ancaq heç birimiz Nyuton ola bilməmişik. Bilirsinizmi niyə?

Ardı

Fəaliyyət və iradə

1.         Fəaliyyət haqqında anlayış
2.         Fəaliyyətin quruluşu.
3.         Fəaliyyətin növləri.
4.         İradə haqqında anlayış.
5.         İradi işin quruluşu.
6.         Şəxsiyyətin iradi keyfiyyətləri.



Ardı

Sən ki ağac deyilsən!

Həyat rəngarəngdir, həyat maraqlıdır. Amma, bəzən bizlər bu marağı görmürük, anlamırıq. Elə bilirik ki, hər şey necə də mənasızdır. Həyat qazanında günlərimizi qaynadıb gedirik, amma, bilmirik ki, bu yeməyə necə dad qataq. Bəzən arzularımız, istəklərimiz yarı yolda qalır, çin olmurlar, bu da yava-yavaş bizim qol-qanadımıza çart verir. Amma, həyatda optimist olmaq lazımdır. Həyata gülmək lazımdır ki, həyat da sənə gülsün.  Biz özümüz özümüzü günün qaralığına inandırsaq gün həqiqətən də qara olmazmı? 


Bir məsəl var: – Əgər hal-hazırda olduğun yer səni qane eləmirsə yerini dəyiş. Sən ki ağac deyilsən!!! Biz isə irəliyə baxmağı bacarmırıq. Halbuki, bacarsaq, nələrə nail olarıq, nələrə. Həqiqətən də, axı biz ki, ağac deyilik, bəs nə üçün eyni yerdə didinib-durur, irəliyə doğru hərəkət edə bilmirik?! Sonra da ruhdan düşüb qara günün qaranlığında solub gedirik.



Ardı