Marcello Mastroianni

  • Kino
Marcello Vincenzo Domenico Mastroianni – “italyan sevgili”, “italyan nişanlı” təxəllüslü məşhur aktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili, aktyor Marcello Mastroianni 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlı dağ kəndində xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıb xarrat, anası, yəhudi mənşəli Ida Irolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailə Turinə köçmüş, ailənin ikinci aktyoru, Marcellonun kiçik qardaşı Rudjero da orda doğulmuşdu.

Mastroiannilər ailəsi çox kasib idi. “Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünki otaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə. Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər” – Mastroianni uşaqlığını xatırlayanda deyirdi.
Davamı →

Marçello Mastroyanni

  • Kino
İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni yaratdığı obrazlarla dünya kino tarixində silinməz iz qoyub. Yüksək artistlik məharəti və diqqətçəkən xarici görünüşü ilə o, tamaşaçını məftun edirdi. Mastroyanni çəkildiyi filmlərdə müxtəlif rolları — gülməli və əzabkeş, sadəlövh və hiyləgər, romantik aşiq və davakar qəhrəmanları məharətlə yaradırdı. O hətta ümumən uğursuz alınan filmlərə özünəməxsus cazibə gətirirdi.
Marçello Vinçenso Domeniko Mastroyanni 1924-cü il sentyabrın 28-də Frozinone şəhərciyinin yaxınlığındakı Fontana-Liri kəndində dünyaya göz açıb. Yeniyetmə ikən atasının dülgərlik emalatxanasında fəhləlik edib. Sonra Roma universitetinin iqtisad fakültəsinin tələbəsi olan Marçello, eyni zamanda, bu təhsil ocağının həvəskar teatr səhnəsində ilk çıxışlarına başlayır.
Davamı →